Millimiz Bolqarıstan üzərində inamlı qələbə qazandı

19.05.2012 | 5547 dəfə oxunub

17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Moldovanın Kişinyov şəhərində təşkil olunan “FA of Moldova Cup” turniri davam edir. Stadium.az xəbər verir ki, Azərbaycan U-17 yığmasının da qüvvəsini sınadığı turnirdə bu gün son oyunlar keçirilir.
 
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə millimizin rəqibləri Rumıniya, Moldova və Bolqarıstandı. Komandamız ilk oyununu Rumıniyaya qarşı keçirmiş və məğlub olmuşdu – 2:3. Təbriz Həsənovun yetirmələri ikinci oyununda meydan sahibləri Moldova ilə qarşılaşmış və qolsuz heç-heçəyə razılaşmışdılar – 0:0.
 
Komandamız bu gün son oyununu Bolqarıstana qarşı keçirib. Qeyd edək ki, bolqarlar əvvəlki oyunlarının hər ikisində məğlub olmuşdular. Elə bu oyunda da yığmamız rəqibinə heç bir şans verməyib. Yığmamızın qollarını Fəhmin Muradbəyli, Elçin Cəfərov və Mahir Mədətov (penaltidən) vurub.
 
Bu oyunla eyni vaxtda yüz faizlik nəticə göstərən Rumıniya ilə Moldova turnirin qalibini müəyyənləşdirəcəklər.
 
FA of Moldova Cup
19 may
 
Bolqarıstan - Azərbaycan - 1:3



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail