Maksim Medvedev «Neftçi» ilə oyuna hazırdı

22.11.2010 | 3297 dəfə oxunub

«Qarabağ»ın son uğursuzluqlarında komandanın 5  üzvünün zədə səbəbindən heyətdən ayrı düşməsinin rolu danılmazdır. Artıq uzun müddətdir Samir Abasov, Andrey Rubins, Maksim Medvedev, Ayxan Abassov, Emin İmaməliyev, Əfran İsmayılov komandaya yardım edə bilmir. Oktyabrın əvvələrində millinin düşərgəsində olarkən zədələnən Maksim sonradan bərpa prosesi zamanı yenidən zədələnmişdi. Fərdi məşqlərə başlayan 21 yaşlı istedadlı müdafiəçi «Neftçi» ilə oyuna qədər hazır olmaq üçün əlindən gələni edir. Bunu onun özü deyir: «Demək olar ki, ay yarımdı yaşıl meydanlara hərət qalmışam. Futboldan belə uzaq qalmağım heç yadıma gəlmir. Elə bil komandamızı tilsimləyiblər. Oyunçularımız zədələnir, vurduğumuz toplar qapıya girmir. Əvəzində qapımıza ilk təhlükə qolla nəticələnir. Bizim komanda çətin günlərdə toparlanmağı bacarıb. İnanıram ki, hazırda layiq olmadığımız yerdə qərarlaşsaq da,  tezliklə özümüzü düzəldəcəyik. Zədələlilərimiz də sağalır. Artıq fərdi məşqlərə başlamışam. «Neftçi»ylə oyuna qədər çalışacam ki, formamı bərpa edim. Təbii ki, oynayıb-oynamamağım baş məşqçimizdən asılıdı. Amma derbidə oynamaq üçün canla-başla hazıram».

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail