Zaur Ramazanovu "Xəzər Lənkəran"a vitse-prezident təyin etmək istəyirlər EKSKLUZIV

28.05.2012 | 10308 dəfə oxunub

"Xəzər Lənkəran"da bir iş qaydasına düşməmiş, ikincisi ortaya çıxır. Ötən mövsümün gedişində məlum olaylar səbəbiylə klubun balansından 6 xal silinmişdi ki, bu da daxildə böyük gərginlik yaratmışdı. Hətta vitse-prezident Tuyqun Nadirovun istefaya göndərilərək yerinə komandada işləmiş köhnə "moşennik" Rasim Karanın gətiriləcəyi də bildirilirdi. Amma Nadirovun getməyini istəyənlər buna nail ola bilmədilər. 6 xal geri qayıtdı ki, bununla da məsələ bağlandı.

Amma ... amma bunu yenidən açmaq istəyən qüvvələr var. "Stadium.az" saytına daxil olan məlumata görə, "Xəzər Lənkəran" rəhbərliyinə yaxın olan bəzi insanlar, hazırda bu komandada seleksiyaçı məşqçi kimi fəaliyyət göstərən Zaur Ramazanovu klubda vitse-prezident görmək istəyirlər. Yunis Hüseynovun baş məşqi təyin olunmasından sonra isə bu qüvvələrin istəyi daha da artıb. Çünki Ramazanov baş məşqçiyə də yaxın insan sayıldığından, Hüseynovun da klub rəhbərliyinə təsirindən istifadə etmək istəyirlər.

Nə olacağını zaman göstərəcək, biz doğruluğuna şübhə etmədiyimiz mənbədən aldığımız xəbəri oxucuya təqdim etməyi özümüzə borc bildik.

QEYD: Lazım olarsa, istənilən tərəfin münasibətini saytda işıqlandırmağa hazırıq!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail