"İnter"in mühafizəçiləri jurnalistə qarşı zor tətbiq edib

28.02.2011 | 4826 dəfə oxunub

Dünən keçirilən "İnter" - "Xəzər Lənkəran"  oyununda Fanat.az saytının əməkdaşı Pərvin Kazımoğlu heç bir səbəb olmadan "Şəfa" stadionundan kənarlaşdırılıb.

"İnter"in mühafizə xidmətinin rəhbəri və əməkdaşları jurnalistə qarşı zor tətbiq edib, təhqiramiz ifadələr işlədib, onu jurnalistlər üçün ayrılmış sektora və mətbuat konfransına buraxmayıblar.

Baş verənlərə Pərvin Kazımoğlunun reaksiyası belə oldu: “İkinci hissənin əvvəlində tribunadan çıxıb, isinmək üçün aşağı düşdüm. Mühafizəçilərə vəsiqəmi göstərib, paltardəyişmə otağının koridoruna daxil oldum. Təxminən 15-20 dəqiqə orda dayandım, heç bir problemlə üzləşmədim. Lakin bir müddət sonra Fanat.az-dan olduğumu bilən stadionun mühafizə xidməti məni ordan çıxartdı. Bu zaman tribunaya qayıtmaq istədim. Amma buna da imkan vermədilər. Mühafizə xidmətinin əməkdaşları qolumdan tutub, məni stadiondan çıxartdılar. Bu vaxt təhqiramiz ifadələr də işlətdilər. Digər qapıdan keçib, tribunaya qayıtdım. Oyun bitəndən sonra mətbuat konfransına yollanmaq isətəsəm də, mühafizəçilər yenə qarşımı kəsib, məni konfrans zalına buraxmadılar. Bunu yanımdakı həmkarlarım da gördü. Onların istəyi ilə stadionu tərk etdim. "İnter"in mühafizə xidməti içkili olduğumu deyib, məni stadiondan qovdu. Əslində isə onların məqsədi tamam başqa idi. Meydandakı rəzilliklərinin acığını jurnalistdən çıxdılar.Hadisədən dərhal sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə və "İnter"in idman direktoru Səbuhi Səfiyarlıya məlumat vermişəm. İnanıram ki, hər iki tərəf tezliklə bu özbaşınalıqla bağlı mövqeyini açıqlayacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail