Kamran Ağayev: "Bu dəfə də yaxşı oyun və nəticə üçün meydana çıxacağıq"

29.05.2012 | 7701 dəfə oxunub

Azərbaycan milisinin və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin müsahibəsi:
 
- Son məşqdə iştirak etməməyiniz nə ilə bağlıdı?
- Bu, məşqçilərin qərarıdı. Rauf Mehdiyevlə Anar Nəzirov daha çox hazırlaşırlar. Axı yığma komandada əsas və ya ehtiyat qapıçı anlayışı yoxdu.
 
- Yəni, bu, zədə ilə bağlı deyil ki?
- Xeyr, hər şey qaydasındadı.
 
- Yaponiyaya məğlubiyyətdən sonra komandadakı durum necədi?
- Əlbəttə, hər bir məğlubiyyət kimi, Yaponiyaya yenilgi də üzücü oldu. Amma bunun bəzi səbəbləri var İlk növbədə biz həmin oyun öncəsi uzun yol qət etmişdik. İstənilən halda həmin oyunda çox pis təsir bağışladığımızı düşünmürəm. Bu, mənim yaponlarla ikinci oyunum idi. İlk dəfə onlara qarşı gənclərdən ibarət yığma ilə qarşılaşmışdım. Onlar çox cəlddirlər, mübarizə aparmaq çətin olur. Fikrimcə, onlarla Azərbaycanda qarşılaşsaydıq, qalib də gələ bilərdik.
 
- Andorra ilə oyundan nə gözləyirsiz?
- Ciddi hazırlaşırıq. Bu, adi yoxlama matçıdı. Komanda yeni oyun metodlarını sınaqdan keçirir. Lakin oyunun statusundan asılı olmayaraq, biz ölkəni təmsil edirik və layiqli oyun sərgiləməyə borcluyuq.
 
- Yaponiyaya məğlubiyyəti unutdurmaq istəmirsiz?
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, biz Yaponiyaya məğlub olmaq üçün getməmişdik. Hətta qələbə qazanmaq istəyirdik. Bu dəfə də yaxşı oyun və nəticə üçün meydana çıxacağıq.
 
- Andorraya qarşı necə oynamağa hazırlaşırsız?
- Andorraya qarşı antifutbol oynamağımız istəməzdim. Bu, yoldaşlıq oyunudu və yaxşı futbolla azarkeşlərimizi sevindirməliyik.
 
- Son dövrlər sizinlə London “Tottenham”inin maraqlandığına dair söhbətlər dolaşır. Bunlar nə dərəcədə ciddi söhbətdi?
- Düzünü deyim ki, bu haqda danışmaq istəmirəm. Sadəcə bir şeyi deyə bilərəm ki, “Xəzər Lənkəran”la hələlik müqavilə imzalamamışam. Əgər xaricə gedə bilməsəm, o zaman yalnız öz komandamla danışıqlar aparacağam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail