Milli komandada 179-cu Uğur oldu

31.05.2012 | 4791 dəfə oxunub

Azərbaycan yığmasında forma geyinən futbolçuların sayı 179-a çatıb. Stadium.az xəbər verir ki, 20 illik tarixində 186-cı matçını keçirən millimizdə növbəti futbolçu debüt edib. Bu, milliləşdirilən daha bir türkiyəli futbolçu – Uğur Pamukdur. “Sumqayıt”ın 23 yaşlı yarımmüdafiəçisi Andorra yığması ilə mayın 30-da Almaniyada qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşünün 70-ci dəqiqəsində Vüqar Nadirovun yerinə meydana daxil olub. 

Millimizin bundan əvvəlki oyununda Şizuoka şəhərində Yaponiya ilə yoldaşlıq matçının start heyətində yer alan milliləşdirilən türkiyəli müdafiəçi Əli Gökdəmirə qədər 177 futbolçu yığmanın rəsmi görüşlərində meydana çıxmışdı. Uğur baş məşqçi Berti Foqtsun 2012-ci ildə debüt şansı verdiyi 9-cu oyunçudur. Əliyədək Rizvan Umarov, Vüqar Əsgərov və Murad Ağayev Sinqapurla fevralın 24-də, Bədavi Hüseynov, Hacı Əhmədov, Arif Daşdəmirov Hindistanla fevralın 27-də, Cihan Özkara isə Fələstinlə fevralın 29-da baş tutmuş yoldaşlıq görüşündə oynamışdı. Pamuk eyni zamanda yığma tarixində 31-ci milliləşən futbolçu oldu. Bunadək yığmamızda 9 ölkədən 30 əcnəbi forma geymişdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail