Rövnəq Abdullayev: "AVRO-2020 ilə bağlı məsələni müzakirə etdik"

01.06.2012 | 4834 dəfə oxunub

Bu gün Gürcüstan Futbol Federasiyası (GFF) və AFFA rəhbərliyi arasında keçirilən görüşdən sonra mətbuat konfransı keçirilib. Stadium.az xəbər verir ki, federasiya prezidentləri mətbuat işçilərini salamladıqdan sonra brifinq keçiriblər. 

GFF prezidenti Zviad Siçinava Azərbaycanla birgə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib: “Çox şadam kimi, bu görüş baş tutdu. Bununla, hər 2 ölkənin mətbuat arasındakı mifi aradan qaldırdıq. Biz Avro-2020 ilə bağlı qələbəyə köklənmişik. Yaxın 10 gündə təşkilatı qrup yaradacaq. Daha bir görüş Bakıda olacaq və orada hansı şəhərlərdə keçirmək istəyimizi açıqlayacağıq. Bununla göstəririk ki, Qafqazda 2 ölkə var: Azərbaycanla Gürcüstan. Şanslara gəlincə, Almaniya və Hollandiya geri çəkiləndən sonra şanslarımız realdır. Açılış və final oyunlarının harada olmağını da müzakirə etməmişik. Əsas məsələ işçi qrupunda peşəkar mütəxəssislər olacaq və burada hər şeyə fikir veriləcək”.

AFFA prezidenti Rövnəq Abdullayev də görüşdə yüksək qiymət verdi: “Çox məhsuldar görüşümüz oldu və AVRO-2020 ilə bağlı məsələni müzakirə etdik. Bu, ciddi layihədir və istəyimizə çatacağıma inanırıq. Bu işlə dövlət rəhbərliyinin səviyyəsinə dəstəyinə arxalanırıq. Azərbaycanla Gürcüstan arasına keçirilən münasibətlər bütün səviyyədə çox yüksək səviyyədir. Bunlara arxalanaraq, ağır yükün altına girməyi qərara aldıq. Bakıda keçirilən “Avrovizion” turizmə böyük fayda verdi. Biz inanırıq ki, bu, turizmə da böyük fayda verəcək. FİFA bizə böyük etimad göstərib. Biz FİFA və UEFA inandırmalıyıq ki, bizim kimi kiçik ölkələr də belə mötəbər turnirləri keçirə biləcəyik”.

İşçi qruplarının tərkibini müəyəynləşdirmək baş katiblərin ixtiyarına veriləcək. Onlar prezidentlərin növbəti görüşünün vaxtını müəyyənləşdirəcəklər. Bu, Bakıda olacaq.
  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail