Bakıdakı püşkatmaya dünya ulduzları gələcək

02.06.2012 | 6977 dəfə oxunub

Məlum olduğu kimi, iyulun 6-da Bakıda 17 yaşadək qızlardan ibarət yığmalar arasında 2012-ci ildə Azərbaycanda təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi keçiriləcək. Stadium.az xəbər verir ki, sözügedən püşkatma mərasiminə dünya futbolunun bir sıra ulduzlarının da təşrif buyurması gözlənilir.
 
Lakin hələlik onların adları sirr olaraq saxlanılır. Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi püşkatma mərasimi 6 iyul 2012-ci il tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq. Mərasimdə FIFA U-17 qadınlararası dünya çempionatının FIFA təşkilat komitəsinin sədri Hany Abo Rida və AFFA-nın prezidenti Rövnəq Abdullayev də iştirak edəcək.
 
Çempionatda iştirak edəcək 16 komandadan 14-ü artıq bəllidir: Azərbaycan (ev sahibliyi edəcək ölkə olaraq iştirak avtomatik seçilib); Çin, Yaponiya və Koreya (AFC); Qambia, Qana və Nigeriya (CAF); Kanada, Meksika və ABŞ (CONCACAF); Braziliya, Kolumbiya və Uruqvay (CONMEBOL); və Yeni Zellandiya (OFC). Digər iki yığma komanda isə 26 və 29 iyun tarixləri arasında UEFA-da keçirilən oyunların nəticəsində bilinəcək.
 
Püşkatma mərasimindən öncə saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində mətbuat konfransı təşkil olunacaq. Mətbuat konfransı ərzində YTK və FIFA nümayəndələri çempionatın gedişatı və hazırlıqlarla bağlı açıqlama verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail