II Caspian Cup: Mükafatlandırma mərasimi - FOTOREPORTAJ

05.06.2012 | 5879 dəfə oxunub

AFFA və AccessBank-ın birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən II Caspian Cup beynəlxalq turniri başa çatıb. Stadium.az xəbər verir ki, AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçirilmiş final oyununda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığmaları  qarşılaşıb. Oyun 1:0 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə yekunlaşıb. Final qarşılaşması başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AccessBank-ın İdarə Heyətinin sədri Endryu Pospilovski və AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov təqdim ediblər. Əvvəlcə final oyununu idarə etmiş hakimlərə xatirə hədiyyələri verilib. Türkiyə yığması Fair Play mükafatı alıb. Ardınca turnirin ən yaxşı qapıçısı adına layiq görülmüş Yaponiya yığmasının qolkiperi Teimosii Şiraoka mükafatlandırılıb. Sonra II Caspian Cup-ın ən məhsuldar futbolçusu – rəqib qapılarından 5 qol keçirmiş İbrahim Aripova (Qazaxıstan) hədiyyə təqdim olunub. Turnirin ən yaxşı oyunçusu Gürcüstan yığmasının üzvü Luka Zarandia seçilib. AccessBank tərəfindən təsis olunmuş ən yaxşı oyunçu nominasıyasının qalibi isə Azərbaycan yığmasının futbolçusu Fəhmin Muradbəyli olub.
II Caspian Cup beynəlxalq turnirinin qalib olmuş Gürcüstan yığmasına kubokAFFA-nın baş katibElxan Məmmədov, AccessBank-ın İdarə Heyətinin sədri Endryu Pospilovski və AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov birgə təqdim ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail