Stadium.az-ın xəbəri doğruldu: “Qəbələ” Araqona tapşırıldı

08.06.2012 | 6482 dəfə oxunub

“Qəbələ”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Stadium.az xəbər verir ki, yeni mövsümdə klubun 2-ci komandasına ispaniyalı mütəxəssis Luis Araqon rəhbərlik edəcək. 2007-ci ildən “Barselona” Futbol Məktəbinin texniki direktoru  vəzifəsini yerinə yetirən Luis Araqon Kataloniya klubunda həm də seleksiyaçı-məşqçi postunda olub. Bundan əlavə, Araqon 2007-ci ildən İspaniyada və İtaliyada “Barselona” Yay Futbol Məktəblərinin təşkili işinə də rəhbərlik edib. Pro kateqoriyalı mütəxəssis 2004-2009-cu illərdə “Barselona” əsas komandasında baş məşqçilər – Frank Raykaard və Pep Quardiolanın, qapıçı məşqçiləri Rikart Seqerra və Karles Busketsin təcrübələrindən yararlanıb. Araqon  bundan əlavə “Atletik Bilbao”, “Numansiya”, “Real Sosyedad”, “Real Saraqosa”, “Osasuna”, “Atletiko Madrid”, “Valensiya”, “Almeriya” (hamısı İspaniya) və “Mançester Siti” (İngiltərə) kimi klublarda təcrübə keçib. 

Məhz “Barselona”da futbol təcrübəsi görmüş və fəaliyyət göstərmiş mütəxəssisin əvəzedici heyətə baş məşqçi təyin olunmasında məqsəd “Qəbələ” Futbol Akademiyasında  “Barselona” sisteminə uyğun yetişən futbolçuların əvəzedici heyətdə sistemə uyğunlaşma prosesinin tamamlanması və əsas komandanın hazır futbolçularla təmin edilməsidir. Xatırladaq ki, Akademiyada “Barselona” sisteminin tətbiq olunması məqsədilə Kataloniya klubunun təmsilçisi, Pro kateqoriyalı mütəxəssis Xosep Moratalyanın başçılıq etdiyi məşqçi heyəti Qəbələdə olmuş, Akademiya məşqçilərinə nəzəri və praktiki məşğələlər keçmişdi. Bundan əlavə “Qəbələ” Futbol Akademiyasının məşqçiləri Barselonaya səfər etmiş və klubun təcrübələrindən yararlanmışdılar.

Qeyd edək ki, “Qəbələ”nin əvəzedici komandasına ispaniyalı mütəxəssisin baş məşqçi təyin olunacağı barədə xəbəri Azərbaycan mətbuatında ilk dəfə olaraq STADIUM.AZ saytı yazmışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail