Yarımfinalçı “Neftçi” olacaq, yoxsa “Xəzər Lənkəran”?

02.03.2011 | 4710 dəfə oxunub

Çempionatın ilk mərhələsini qələbə ilə başa vuran "Xəzər Lənkəran" indi ölkə kubokundarnciddi sınaq qarşısındadır. Komandanı ölkə kubokunun ¼ final mərhələsinin oyunu da daxil olmaqla "Neftçi"yə qarşı beş gün ərzində iki oyunrngözləyir.

rnrn

Oyunun əhəmiyyəti; Prinsipal rəqiblərinrnkubokda üz-üzə gəlməsi üçün bundanrnyaxşı məqam ola bilməzdi. Kubokda qazanılacaq qələbə növbəti mərhələyə addımlamaqlarnyanaşı həm də çempionatda gedən mübarizədə psixoloji üstünlük deməkdir. Və əgər çempionat mübarizəsinin nəticəsinə mövsümün sonunda aydınlıq gələcəksə, kubokdarnhər şey iki oyunun hesabından asılıdır. İkinci mövsümdür ki, "Xəzər Lənkəran"ı məğlub edə bilməyən "Neftçi" bu görüşlərdən maksimum yaralanmağa çalışacaq. Komandanın isə fasilədən sonra göstərdiyi baxımlı oyunun təsadüfi olmadığını məhz əsas rəqibi ilə görüşdə göstərmək şansı var.

rnrn

"Neftçi" son dəfə Azərbaycan kubokunu 7 il bundan əvvəl, 2003-2004 mövsümündə başı üzərinə qaldırıb. "Xəzər Lənkəran"ın isə kubokda axırıncı qalibiyyəti o qədər də uzaqlara getmir. "Xəzər Lənkəran" burntrofeyə iki il dalbadal - 2006-2007 və 2007-2008rnmövsümlərində sahib çıxıb. Ötən il bu turnirin finalçısı olmuş klub, burnmövsüm tarixinin üçüncü kubokunu qazanmaq uğrunda mübarizə aparır.

rnrn

 Hazırkı statistika; Hər iki komanda kubokda yolunu 1/8 final mərhələsindən başlayıb. Həm "Xəzər Lənkəran", həm "Neftçi" bu oyunlarda eyni hesablı qələbə qazanıblar - 3:1. Rəqiblərimiz səfərdə "Gəncəni" məğlub etdiyirnhalda, "Xəzər Lənkəran" doğma meydanda "MKT-Araz"ı bu hesabla üstələmişdi. Turnirin yeni formatına görə ötən mərhələnin oyunları bir görüşdən ibarət idi, ¼ final və yarımfinallarda qalib iki oyundan sonra müəyyən olunur.

rnrn

Tarix. Yarandığı ildən etibarən 6 dəfə Azərbaycanrnkubokunda iştirak etmiş "Xəzər Lənkəran" hər dəfə bu turnirinrn¼ final mərhələsində iştirakrnedib. Və bu 6 mövsümdən yalnız birində komandamız bu mərhələdə çıxışını dayandırmalı olub. Bu da 2008-2009 mövsümünə təsadüf edir ki, həmin vaxt komandamız öz meydanında "Bakı"ya 0:1 hesabı ilə məğlub olmuş, səfərdə isə iki topluq üstünlüyünü əldən verib bərabərə qalmışdı - 2:2. Bütün digər hallardarn"Xəzər Lənkəran" ¼ final mərhələsini adlayıb. Klub 2004-2005 mövsümündə MOİK-i, 2005-2006 mövsümündə "MKT-Araz"ı, 2006-2007 mövsümündə "Bakı"nı, 2007-2008 mövsümündə "Olimpik"i, ötən mövsüm isə "Qarabağ"ı bu mərhələ çərçivəsində məğlub edib. Burngünə kimi "Xəzər Lənkəran" Azərbaycan Kuboku çərçivəsində "Neftçi" ilə üz-üzə gəlməyib. Bu həftə keçiriləcək görüş əzəli rəqiblərin bu turnirdə ilk qarşılaşması olacaq.

rnrn

Hakimlər: Oyunu Anar Salmanov idarə edəcək. Onarnassistlenlik edəcək hakimlər - Azər Əsgərov və Eldar Nağıbəyovdur. Bu görüşün dördüncü hakimi isə Elçin Məmmədov olacaq.

rnrn

Oyunun yeri və vaxtı: İlk görüş mart ayının 3-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Başlama vaxtı - 18.00. Cavabrnoyunu mart ayının 8-i Lənkəranda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail