İlqar Qurbanov hakim haqsızlığıyla üzləşdi

02.11.2010 | 2578 dəfə oxunub

Millimizin sabiq üzvləri İlqar Qurbanovla Ernani Pereyranın forma geydiyi "Mersin İdman Yurdu" Türkiyənin Bank Asya birinci liqada növbəti oyununu keçirib və daha bir məğlubiyyətlə üzləşib. Mersinlilər bu dəfə doğma azarkeşlər qarşısında "Qaziantep B.Bld"ya uduzub. İlqar matçın 80-ci dəqiqədə meydana çıxıb və son 10 dəqiqədə mübarizə aparıb. Ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı olan Pereyra isə bu dəfə forma geyə bilməyib.

rn

Matçdan sonra məğlubiyyətin tək səbəbkarı kimi matçın baş hakimi Zəfər Dəmiri göstərən baş məşqçi Nurullah Sağlam bunları bildirib: "Karyeram ərzində ilk dəfədir ki, matçdan sonra oyunun baş hakiminin əlini sıxmadım. Çünki onun verdiyi qərarlarda səmimi olmadığını düşünürəm. İstər qapımıza təyin edilən penaltilər, istərsə də iki futbolçumuzun meydandan qovulması dediklərimə əsas ola bilər. Müvafiq qurumlara matçın videoyazısını izləməyi məsləhət görürəm. Qapımıza vurulan ikinci qolda da oyundankənar vəziyyət var idi. hakimlər komitəsinin də bu matçı analiz etməsini istəyirəm". Baş məşqçi Sağlamla yanaşı matçdan sonra açıqlama verən mersinli futbolçular da hakim haqqında ağır sözlər işlədiblər. "Mersin İdman Yurdu" bu məğlubiyyətdən sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 6 həftədir ki, qələbəyə həsrət qalan mersinlilərin 10 xalı var. Vitali Kovalyovun "Kartalspor"u da doğma azarkeşlər qarşısında rəqibinin müqavimətini qıra bilməyib və qolsuz heç-heçə ilə barışmalı olub. Kovalyov bu qarşılaşmada da çıxış etməyib. Bu nəticənin ardınca hesabındakı xalları 10-a yüksəldən "Kartalspor" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

rn

 

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail