Yaşar Seyidovla Mübariz Xudiyevə stadiona girmək qadağan olundu

AFFA-dan “Bakı” və “Neftçi”yə “cəza yağışı”

12.06.2012 | 7820 dəfə oxunub

7 iyun 2012-ci il «Kapital Bank U-15 Liqa»nın «Bakı» – «Neftçi» final qarşılaşmasından sonra hər iki klub nümayəndələri arasında baş vermiş kütləvi insidentlə əlaqədar İntizam Komitəsi qərarlarını açıqlayıb. 

1. Kütləvi dava-dalaşda iştirak etdiyinə görə «Bakı» FK-nın vitse-prezidenti Yaşar Seyidovun Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarında  keçirilən 12 rəsmi oyunda stadiona girişi qadağan olunsun və klub 6000 (altı min) manat məbləğində cərimə olunsun. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 12 oyun olaraq müəyyən edilmişdir (maddə 39).

2. Kütləvi dava-dalaşda iştirak etdiyinə görə «Neftçi» PFK-nın icraçı-direktoru Mübariz Xudiyevin Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15,  U-16 və U-17 liqalarının hər birində keçirilən 10  rəsmi oyunda stadiona girişi qadağan olunsun və klub 6000 (altı min) manat məbləğində cərimə olunsun. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 10 oyun olaraq müəyyən edilmişdir (maddə 39).

3. «Bakı» FK-nın qapıçılar üzrə məşqçisi Muammer Zekir aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır (maddə 38).

4. «Neftçi» PFK-nın məşqçisi Arif Abbasov aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır (maddə 38).

5. «Bakı» FK-nın futbolçuları Elçin Tağıyev, Mahir Mədətov və Renat Ağaverdiyev kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır (maddə 38).

6. «Neftçi» PFK-nın futbolçuları  Zeynal Zeynalov, Teymur Kamal və Emil Həsənzadə kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır (maddə 38).

7. «Neftçi» PFK «Kapital Bank U-15 Liqa»nın qalibi üçün nəzərdə tutulan ölkə xaricində təlim-məşq toplanışına göndərilmək və qiymətli mükafatlar almaq hüququndan məhrum edilsin.

8. «Bakı» FK «Kapital Bank U-15 Liqa»nın ikinci yerinin sahibi üçün nəzərdə tutulan qiymətli mükafatlar almaq hüququndan məhrum edilsin.

9. «Neftçi» PFK və «Bakı» FK-nın U-15 komandasının kütləvi dava-dalaşda iştirak edən üzvlərinin milliyə çağırılmasına qeyri-müəyyən müddətə qadağa qoyulsun. Müvafiq yaş qrupları üzrə yığma komandaların baş məşqçilərinin təqdimatına əsasən bu məsələyə yenidən baxıla bilər.

10. «Neftçi» PFK və «Bakı» FK-nın rəhbərləri komanda üzvləri arasında etik qaydalara riayət olunması, rəqib komandanın üzvlərinə və rəsmi heyətinə hörmətlə davranması ilə bağlı müvafiq iş apararaq bu barədə AFFA-ya məlumat versinlər. 

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail