Respublika stadionunun açılışı nə vaxt olacaq?

13.06.2012 | 5004 dəfə oxunub

“Stadionda nəzərdə tutulan işlərin 80 faizi artıq görülüb”. Stadium.az xəbər verir ki, bu sözləri  Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Ötən ilin oktyabrından təmirə dayandırılan ölkənin baş arenasının açılışı aprel ayına gözlənilsə də, sonrada bu proses uzadıldı. 

Daha doğrusu, “Avroviziya” üçün ehtiyat məkan kimi nəzərdə tutulan stadiona ehtiyac olmadığından işlərin daha keyfiyyətli görülməsi üçün vaxt uzadıldı. Amma iyul ayında respublika stadionu azarkeşlərin sərəncamına veriləcək: “Gələn ay stadionun açılışı olacaq. Bu məqsədlə qaçış zolağında, meydançada tamamlama işləri görülür”. 

İsmayılov ötən illərdən fərqli, klublarımızın bu dəfə avrokubok oyunları zamanı baş arenanın xidmətindən yararlana bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, tezliklə stadiona ot toxumları səpiləcək ki, onların da bərkiməsi üçün müəyyən zamana ehtiyac var: “Oyunlara qədər stadion hazır olmayacaq. Açılış mərasimi keçirildikdən sonra avqust ayındakı oyunu gözləyəcəyik. Qazonla əlaqədar tezliklə oyun keçirmək olmaz. 

Düzdür, hələ yeni toxumlar səpilməyib. Amma toxum səpildikdən sonra ən azı 1 ay gözləmək lazım olacaq ki, otun kökü bərkisin”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail