Uinston Parks: "Bu mənim ən yüksək formam deyil"-MÜSAHİBƏ

11.03.2011 | 5750 dəfə oxunub

"Xəzər Lənkəran"ın kosta-rikalı futbolçusu Uinston Parksın müsahibəsi

- Öncə "Neftçi"yə qarşı keçirilən son oyun barədə fikrini bilmək istərdik.
-rn Əlbəttə, bu olduqca çətin oyun oldu. Biz gözəl bilirdik ki, onları rnyalnız qələbə düşündürür və özümüzü buna hazır etmişdik. Belə də oldu, rngərgin bir görüş keçdi. Amma biz hər şeyi düzgün edib, bizə kifayət edənrn heç-heçəyə nail olub, növbəti mərhələyə keçdik.
 
- Artıq bir neçə oyundu ki, meydanı zədə üzündən erkən tərk etməli olursan. Müdafiəçilər sənə qarşı çox kobud oynayır?
-rn Sözsüz ki, müdafiəçilər mənə xüsusi diqqət ayırırlar. Amma deməzdim ki,rn zədələnməyin səbəbi məhz kobud oyundu. Bilirsiniz ki, biz bu ərəfədə rnçoxlu oyunlar keçiririk. Bu oyunlar arasında fasilə də az olur, hər bir rngörüş də olduqca vacibdi. Bu səbəbdən yorğunluqla bağlı əzələmdə bəzi rnproblemlər meydana gəldi.
 
- Son oyunlarda tək hücumçu kimi çıxış edirsən. Bu sənə çətinlik yaratmır?
-rn Meydanda tək forvard olanda bəzən iki və hətta üç müdafiəçiyə qarşı rnoynamalı olursan. Burada bir qədər çətinlik var. Amma hər şey tək rnhücumçudan yox, bütün komandadan asılıdı. Mənim üçün isə cinahların rnxüsusi əhəmiyyəti var. Əgər cinahlar yaxşı işləyirsə və sən daim rnötürmələrlə təmin edilirsənsə, heç bir çətinlik yaşamırsan.

rn

- Növbəti oyuna hazır olacaqsan?
- Hələ dəqiq deyə bilmərəm. Bu məşqdən sonra bilinəcək. Əgər ağrı hiss etməsəm, oynaya biləcəm.
 
- AZAL-a qarşı son oyundan elə də çox zaman keçməyib. Bu komandanın hazırkı oyunu barədə nə deyə bilərsən?
-rn Onlar güclü intizama malik olan və müdafiə olunmağı yaxşı bacaran rnkomandadı. Taktiki düzülüşə çox ciddi riayət edirlər və mövqeləri uğurlarn bağlamağı bacarırlar, ona görə onlara qarşı oynamaq çətin olur. rnXüsusilə, onların müdafiədən tez hücuma keçmələrinə diqqət ayırmaq rnlazımdı.
 
- Qış fasiləsindən sonra sənin oyununda böyük irəliləyiş var. Demək olarmı ki, sən hazırda vaxtilə olduğun yüksək formadasan?
-rn Yox, mənim ən yüksək formada olmağım üçün hələ üzərimdə çox rnişləməliyəm. Mövsümün ilk yarısı mənim üçün daha çətin oldu, çünki yeni rnkluba və yeni çempionata gəlmişdim. Adaptasiya getdiyindən, dərhal yaxşırn oyun göstərmək çətin oldu. Hazırda irəliləyiş var, amma bu mənim ən rnyüksək formam deyil.
 
- Son transfer pəncərəsində kluba bir çox yeni oyunçu gəldi. Bunun nəticəsini artıq görmək olur?
-rn Əlbəttə. Bu çox yaxşıdı. Ötən il biz çox az sayda oyunçuya güvənə rnbilirdik və bir nəfər zədələndikdə artıq problemlər yaranırdı, əvəzetmə rntapmaq çətin olurdu. İndi isə bizim geniş heyətimiz var və ehtiyac rnolduqda bir futbolçunu digəri ilə əvəz etmək olur.
 
- Yığma karyeran barədə nə deyə bilərsən? Kosta Rika millisində kifayət qədər oyun keçirmisən, bəs hazırda vəziyyət necədi?
-rn Bizim yığmada indi yeni baş məşqçi işləyir. Onun əsas məqsədi gəncləri rnüzə çıxarmaq, ölkənin yeni nəsil futbolçularından ibarət komanda rnyaratmaqdı. Bu səbəbdən artıq tanıdığı təcrübəli oyunçular onu o qədər rndə maraqlandırmır. Mənimlə maraqlandığı barədə eşitmişəm. Sözsüz ki, rnburada vurduğum hər bir qol Kosta Rikada işıqlandırılır, odu ki, ehtiyacrn olsa, yığmaya çağırılaram. Onu da deyim ki, özüm bu dəqiqə yığma rnkaryerası haqqında o qədər də düşünmürəm. İndi tam olaraq klub karyerasırn üzərində diqqətimi cəmləmişəm, və bir nömrəli məqsədim çempionluq və rnkuboku qazanmaqdı.
 
- Sənin Avropanın müxtəlif rnçempionatlarda oyun təcrübən var. Buna əsaslanıb "Xəzər Lənkəran"ın rnavrokubok perspektivləri barədə nə deyə bilərsən?
- rnAvrokuboklar və ölkədaxili çempionat bir-birindən fərqlənirlər. Əgər rnölkə çempionatı uzun marofondusa, Avropa turnirlərinə vəsiqə qazanmaq rnüçün qısa müddət ərzində nəticə qazanmaq lazımdı. Burada hazırlıq vacib rnrol oynayır. Bəzən biz hansısa oyunçunun Avropa miqyaslı yarışda rnoynamasına təəccübləndiyini görürük. Lakin biz bunu bacarsaq, rntəəccüblənməməliyik, sadəcə buna hazır olmalıyıq. Əlbəttə, buna nail rnolmaq üçün irəlidə görüləsi çox iş var, və yeni oyunçuların da komandayarn cəlb olunması mümkündü. Amma əsası odu ki, getdiyimiz yol doğrudu və rnlazımi nəticəyə çatmağımız mümkündü.

rnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail