Böyük ulduzun «Muğan»da oynayan kiçik qardaşı: “Qardaşım istəsə, Azərbaycana gələr»

24.11.2010 | 4482 dəfə oxunub

Məşhur makedoniyalı futbolçu Qoran Pandevin qardaşı Azərbaycan çempionatında oynayır! Saşko "Muğan"ın şərəfini qoruyur! 1987-ci il, mayın 1-də Strumiça şəhərində anadan olub. Karyerasına yerli «Belasitsa»da başlayıb. 23 yaşlı hücumameylli yarımmüdafiəçi 2 ildən sonra "Rabotniçki"yə keçib. Həmçinin Xorvatiyanın "Dinamo", "İnter" və "Medimurje" klublarında çıxış edib. Son komandası "Turnovo" olub. 2004-2009-cu illərdə Makedoniyanın gənclər yığmasının şərəfini qoruyub. 17 yaşında bu formanı geyinən Pandev U-21-də 11 oyun keçirərək, 2 qol vurub.

rn

Deyəsən, «Muğan»da özünü göstərməyin o qədər də asan olmayacağını başa düşüb.

rn

- Uzun müddət Zaqreb "Dinamo"sunda olynasan da, 3 ilə cəmi 5 oyun keçirmisən. Bunu nə ilə izah edə bilərsən?

rn

- "Dinamo" güclü komandadır. Təbii ki, orada rəqabət də güclüdür. Ola bilsin, bununla əlaqədardır.

rn

- Ölkəmizə gəlməzdən öncə futbolumuz barədə hansısa bilgilərin var idi?

rn

- Əlbəttə. Həmyerlilərimdən mənə lazım olan informasiyanı toplamışdım. Qyoko Haciyevskidən də bəzi məlumatları almışdım. Ona görə, yetərincə bilgilərim var idi.

rn

- Makedoniyada gənclərdən ibarət yiğmada forma geyinsən də, əsas millidə hələ də debüt etməmisən...

rn

- Hələ gəncəm. İnanıram ki, millidə oynamağa şansım var. Ola bilsin, "Dinamo"da əsas heyətə düşə bilmədiyim üçün milliyə çağırılmamışam. Bəlkə "Muğan"da yaxşı çıxış etsəm, daim əsas heyətdə olsam, çağırılacam.

rn

- Yığma va ya klub səviyyəsində nə vaxtsa Azərbaycana qarşı forma geyinmisən?

rn

- Xeyr, heç vaxt. Çox maraqlı olardı, fikrimcə.

rn

- Bildiyimizə görə, mətbuata qardaşınla bağlı suallara cavab vermirsən...

rn

- Bu, hamıya aid deyil. Bəzən elə insanlar elə suallar verirlər ki, cavablandırmaq istəmirəm. Sizin suallarınızı isə məmnuniyyətlə cavablandıracam.

rn

- Eşitmişik ki, Qoran Makedoniyada xeyriyyəçiliklə məşğul olur. Elədir?

rn

- Elədir. Qardaşım hər zaman kasıblara əl tutur. Ərzaq və geyimlə təmin edir. Mən də hərdən ona kömək edirəm.

rn

- Şəxsi biznesin var?

rn

- Mənim yoxdur, qardaşımın isə futbol məktəbi və bir sıra zavodları var.

rn

- "Muğan"da 10 nömrəli formanı geyinirsən. Bunu özün istədin?

rn

- Baş məşqçinin köməkçisi Elşad Quliyev təklif etdi, mən də razılaşdım.

rn

- Bir çox futbolçular Azərbaycana sırf pul qazanmaq üçün gəlirlər. Etiraf et, sən də pula görə gələnlərdənsən?

rn

- Futbolunuzda çox yaxşı pullar var. Makedoniyada belə deyil. Bizdə komandalar çox zəifdir.

rn

- Qardaşın taninmış futbolçudur, Makedoniyanı xaricdə layiqli təmsil edir. Ölkə prezidenti onu qəbul edib?

rn

- Əvvəlki prezidentlə qardaşımın yaxşı münasibətləri var idi. Tez-tez onu yanına dəvət edirdi. Artıq prezident dəyişib və hələ yenisi ilə görüşməyib.

rn

- Bakıda kiminlə yaşayırsan?

rn

- Futbolcu həmyerlilərimlə.

rn

- Bildiyimə görə, ailəli deyilsən...

rn

- Evli olmasam da, Makedoniyada sevgilim var. Universitet tələlbəsi olduğu üçün mənimlə Bakıya gələ bilmədi. İnternetlə əlaqə saxlayıram. Demişəm, qış tətilində gələcək.

rn

- Bəs Qoran? Bakıya gəlmək ehtimalı var?

rn

- Onun vaxtı az olur. Ailəlidir, azyaşlı uşağı var. Yalnız dövrələrarası fasilədə istəsə, gələ bilər. Düzü, hələ o barədə söhbətim olmayıb.

rn

- «Muğan» axtardığın yerdir?

rn

- Mənə oynamaq lazımdır. Baş məşqçimiz Almir Hurtiç bosniyalıdır. Güclü mütəxəssisdir. Komandamızda üç bosniyalı və bir serb futbolçu var. Biz hamımız balkanlı olduğumuz üçün bir dildə danışırıq. Qorana deyəndə ki, Azərbaycana gedirəm, uğurlar arzuladı. Heç nədən narahat olmadı. Bir də ki, onun burada bəzi tanışları oynayır. Filip Despatovski, İqor Mitreski və Slavko Georgiyevski ilə yaxın dostdur. Qoran mənə deyib ki, Azərbaycanda özünü göstərməlisən, səni Avropada gözləyirəm.

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail