«Muğan» - idarəçisi olmayan həvəskar klub! - YAZI

25.11.2010 | 5206 dəfə oxunub

Bəhmən Həsənov ilyarımdan sonra «Muğan»ın sükanı arxasına keçən ilk baş məşqçi oldu. Asim İbrahimov, Vladislav Qədirov və Nadir Qasımovun itirdiyi şansı klub rəhbərliyi ona verdi. Keçən müddətdə bosniyalı mütəxəssislər - Kemal Alispahiçlə Almir Hurtiçin sərəncamında olan komanda artıq əslində yeni mərhələyə qədəm qoymalıdır. Qarşıya qoyulan məqsəd dəyişib yəni. Mövsümə ilk «altılıq» iddiasıyla başlayan «Muğan» son 8 turda başıaşağı yuvarlanmaqda davam elədi. Bunların son 7 qarşılaşmasında rəqib qapılarına yol tapmayan salyanlılar istər-istəməz belə uğursuz gedişatla barışmalıydı. Doğma məkanda «Turan»ı uda bilməyən kollektivə bu cür baş məşqçi lazım deyildi. Alispahiçdən sonra klubda qalmaqla bir növ ona çörək verənin «torbasını tikən» Hurtiç gec anladı ki, hayla gələn vayla gedər. Ölkəsində heç kimə lazım olmayan, yuxusunda görmədiyi günləri və münasibəti Azərbaycanda görən Almirin fikri başqa yerlərə getdi. Yaddan çıxardı ki, «Muğan» ötən mövsüm Premyer Liqada qaldısa belə, bu, onun xidməti deyildi. Alispahiçdən qalan komandanın simasına kosmetik əl gəzdirmədi ki, deyək ağır yükün altına çiyin verdi. İşi bu mövsüm görünməliydi. Və göründü də. Yerli futbolçuları tanımayan, tanımaq da istəməyən Hurtiç daxili bazara qarışmadı. Maraq göstərmədi, rəğbət qazanmadı, ikitirəlik yaratdı. Özündən əvvəl klubda çalışan həmyerlisi kimi, gözü vətənindəkiləri axtardı. Onlar da gəldi, «zünü ağartdı». Yayda aldıqlarından qapıçı İrfan Feyziç və müdafiəçi İlia Prodanoviç əvəzedici heyətə göndərildi ki, bəyəndiyi digər legionerlərin də komandaya faydasının dəyməsindən danışmaq yersizdir.

rn

Nikolay Valev Petrov Azərbaycanda görüb bəyəndiyi legionerlərdən biriydi. «Simurq» qovdu, qucağı 6 ay sonra o açdı. Bolqar olmasaydı, çətin üstündə dayanardı. Petrov da 4-5 tur qol vurmayandan sonra əleyhinə çıxdı, ciddiyə almadı, nəticədə də rəhbərlik tərəfindən qovuldu. Hurtiçin özünə qalsaydı, bu hünəri özündə tapmayacaqdı. Səbəbi sirr deyil: gətirdiyi legionerlərin yanında üzü qaradır. Üz qaraldan da, əlbəttə, göz kölgəliyindən keçir. Özünü «boğaz» vəziyyətinə salmasaydı, onları «unudub», hər dəfəsində yerli futbolçulardan «günahkar» axtarmazdı. Vüsal Hüseynovla Fərrux İsmayılovun AZAL-la qarşılaşmadan sonra düşərgədən uzaqlaşmasına nail olmaqla elə bildi ki, başı üzərində dolaşan təhlükəni adlatdı. Bir dəfə nə gördük, nə də eşitdik ki, məğlubiyyəti özünün səriştəsizliyinin və bəyəndiyi legionerlərin səviyyəsizliyinə bağlasın. Şəxsində günah görməyən baş məşqçini «Neftçi» ilə oyunadək saxlamaq isə rəhbərliyin passivinə yazılmalıdır. Futbolçunun ələ saldığı, məşqlərinə etinasız yanaşıb, sözünü eşitmədiyinə mütəxəssis deyilməz. Ancaq rəsmilər «bu tur düzələr, gələn tur düzələr» fikriylə səbr etməyin mənasızlığını vaxtından xeyli keçəndən sonra qəbul elədi.

rn

«Muğan»da görülən işlərlə göstəricilər bir-birinə tərs-mütənasiblik təşkil edir. İkinci «altılıq» yolçularından üstün, birinci «altılıq» iştirakçılarına yaxın büdcəylə ortalıqda qalıblar. Premyer Liqada 3 mövsümə 5 baş məşqçi dəyişən salyanlıların «bu dəfə də «proval» oldu» deməyə haqqı çatmır. Bəhmən Həsənovdan da tələb olunmur ki, səhrada cənnət salsın. İstəsə də, edə bilməz. Çünki burası onun yeri deyil. «Özü yıxılan ağlamaz» məsəlini Həsənova yox, ona güvənənlərə ünvanlayırıq. Bəhmən bəy sözü özünə götürməsin, bir gün məclisə gələn Bəhlul Danəndədən soruşurlar ki, niyə yuxarı başa keçmir. O da cavab verir:

rn

- Hamı gələndən sonra bilirəm ki, gəlib yenə burda oturacam. Yuxarıda sürünməkdənsə, elə aşağıda mürgüləmək yaxşıdır.

rn

Deyirəm, Həsənov «baş məşqçi sən ol» təklifini qəbul etməsəydi, özünə ziyanmı etmiş olacaqdı? Öyrənmək heç vaxt gec deyil, tələsən isə təndirə düşəcəyini bilməlidir. Mənə qəribə gəlir ki, nədən hər dəfə baş məşqçini qovanda «Muğan» rəhbərliyi o yeri köməkçilərə tapşırır? Günü günə satmaq, vaxt «öldürməkdirsə» bu, onda hansı iddiadan, uzaq hədəflərdən danışılır? Bəhmən bəy bu 3 ildə klubun içərisini, ab-havanı, kimin kim olduğunu kənardakıların hamısından yaxşı billə bilər, amma komandanı bataqlıqdan çıxarmaq onun imkanı, təcrübəsi xaricindədir. Tapşırıqlarını bu qulağından alıb o qulağından buraxan Hurtiçi futbolçuları ciddiyə almayıbsa, Həsənovunmu sözlərinə əhəmiyyət verəcəklər? «Muğan» yalnız oyunçularının gücünə elitada daha 1 mövsüm keçirə bilər, ondan yuxarı nəticə isə şirin röyadır. Adətən başını itirənlər havalı gəzir, bəs bunlara nə olub? Bu il qaldısa, gələn sezon da əldən çıxacaq. Şəksiz, dünənin istənilən uşaq məşqçisi arzu edir ki, bir gün elitada gözə dəysin, adı adlarla yanaşı çəkilsin, onlarla əlbəəl görüşsün. Balam, hər oxuyandan Molla Pənah Vaqif olmadığı kimi, hər əlinə kitab-dəftərli fit götürəndən də Joze Maurinyo olmaz. Olmaya, «Muğan»dakılar güman edir ki, Bəhmən bəy ikinci Andre Vilaş Boaşdır? «Portu»ya 33 yaşlı cavanın başçılıq eləməsi onları çaşdırmasın. Boaş yayda Jezuald Ferreyranın yerinə keçənədək ymövsüm «Akademika»da çalışıb və Poprtuqaliya çempionatında 11-ci yer tutub. Deyək ki, heç biri olmayıb, onun 4 il Maurinyonun əsas köməkçilərindən biri olmasını xatırlamasınlar. Bundan böyük məktəb? Dünyanın bir nömrəli məşqçisinin yanında «bişən» Andre, əlbəttə, «Portu»nu uğurla idarə edəcək. Bəs hörmətli Bəhmən bəy kimin yanında təcrübə toplayıb, hansı klubda gözgörəsi nəticə qazanıb? «Muğan» eksperment meydançasıdırsa, AFFA-ya müraciət etmək yerinə düşər ki, növbəti məşqçilik kurslarına bizim də adımızı yazsın! Orta məktəbi alayarımçıq bitirən, şəhadətnamə də almayan Sakit Alıyevin illə ortalıqda göründüyü çempionatda Bəhmən Həsənovun, onun kimi neçə nəfərlərin söz sahibliyinə can atmasını mən həm təbii qarşılayıram, həm də...

rn

Utanmayanın oynamağa həvəsi ölmür. Ölən keçən günlərin həsrətidir. Ki, «Muğan» hələ uzun illər ortabab-autsayder sözlərinin anlatdığı bütün mənalarda ortalıqda baş girlədəcək. Ölkənin şərait cəhətdən ən təminatlı 3-4 klubundan biri baş məşqçi məsələsində yüz ölçüb, bir biçmirsə, əlini sonra dizinə çırpmasın. Kluba iki halda hörmət keçərlidir: ya rəhbərliyinə, ya da baş məşqçisinə görə. Zümrələnmiş futbol sferasının bütün qatları bu baxış bucağında bir araya gəlir. Misal üçün, meydanda necə oyun göstərir-göstərsinlər, hakim texniki zonada əyləşən baş məşqçiyə kənardakılar kimi gözucu nəzər salırsa, həmin komandanın beli büküldü! Bunu mətbuat da edəcək, o yan da, bu yan da. «Muğan»i kimi idarə üsullu klublar bir addım irəli, iki addım geri vərdişindən əl çəkməlidir. «Turan», MOİK, «Simurq» və «Gəncə»dən seçilmək üçün hər cür resurs varsa, kölgədə daldalanmaq ağır fəsad törədəcək. Zaman əleyhlərinə işləyir. «Altılıq» mərhələsinədək «Muğan»  daha 8 turda meydana çıxacaq. «Prozon»u Azərbaycan futboluna gətirməklə böyük yenilik tərəfdarı olan klubun siyasətindən gəl baş aç ki, nə etmək istəyir! 150-200 min dolları texnalogiya alınmasına xərcləyən «Muğan» Bəhmən Həsənovdan gözlədiyini alsa, dünyanın 8-ci möcüzəsi sayacam bunu. Xeyr, mənim Bəhmən bəyin insanlığına hörmətim var, onu ruhdan salmaq istəmirəm, sadəcə, özü bir də götür-qoy etməlidir ki, hansı daşın altına çiyin verib. Maurinyo və köməkçisi ilə müqayisəyə yer yoxdur, bilmərrə!

rn

EL-nur

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail