“Əsas məqsədimiz “İnter”lə qarşılaşmada uğurlu nəticə qazanmaqdır”

11.09.2012 | 5392 dəfə oxunub


“Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov komandanın hazırlığı barəsində açıqlama verib. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına danışan 33 yaşlı futbolçu sabahdan etibarən komanda ilə birlikdə məşqlərə başlayacağını deyib: “Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilə bizə yaxşı təsir etdi. Var qüvvəmizlə hazırlığımızı davam etdiririk. Uşaqlarda əhval ruhiyyə yüksəkdir. Əsas məqsədimiz normal hazırlaşıb “İnter”lə qarşılaşmada uğurlu nəticə qazanmaqdır. İnşallah paytaxt klubu ilə görüşdə sərfəli nəticə əldə edib uğursuzluq zolağından çıxarıq. İki gün əvvəl məşqdə zədələnmişdim. Lakin indi yaxşıyam, bu gün fərdi məşqlərlə kifayətləndim. Sabahdan etibarən isə komanda ilə birlikdə hazırlaşacağam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail