Cəmil Sultanov da Tsxadadzedən üz döndərib

02.11.2010 | 20044 dəfə oxunub

XI turun xoşagəlməz hadisəsinin mərkəzində "İnter"in baş məşqçisi Kaxaber Sxadadze durub. Azərbaycanlı jurnalistlərə qarşı mənfi münasibətilə daim seçilən gürcüstanlı "Simurq"la Zaqatalada keçirilən qarşılaşmadan sonrakı mətbuat konfransında "fərqlənib". Belə ki, o, həmkarlarımızdan birinin icarədə olan futbolçulara qoyulan qadağa ilə bağlı sualına sərt reaksiya verib. Məsələ ondadır ki, "İnter"in baş məşqçisi "Simurq"a icarəyə verilən futbolçulara - Baçana Sxadadze, Tofiq Mikayılov, Paulius Paknisə bu görüşdə meydana çıxmağı qadağan edib. İcarə ilə bağlı anlaşmada belə bənd olmasa da, Sxadadze komandasının qələbəsinin asan əldə olunması üçün rəqibi bu yolla zəiflədib. Bundan xəbərdar olan jurnalistin sualı da bu səbəbdən Sxadadzeni qıcıqlandırıb. Məşqçi həmkarımızı acılamaqla yanaşı, həmkarımıza hədə-qorxu da gəlib. Paulius Paknis, Baçano Sxadadze və Tofiq Mikayılov isə klubsuz qaldılar. "İnter"dən icarəyə götürülən futbolçularla bağlanmış müqavilənin 3.1.1 və 3.1.2-ci maddələrinə əsasən, qeyri-peşəkarlıq göstəriblər. Onlar hazırda məxsus olduqları komandanın formasına hörmətsizlik edərək Premyer Liqasının XI turu çərçivəsində "bankirlər"lə oyuna cıxmaqdan boyun qaçırıblar. "Simurq" rəhbərliyinin qərarına əsasən, hər üç futbolçu komandadan xaric olunublar. "İnter"i çalışdıran Kaxaber Sxadadzenin 4 qol vuran oğlu Baçananı düşərgəsində saxlamayan şimallılardan heç baş açılası deyil.

rn

Kaxa Azərbaycanda fəaliyyət göstərən ən "sakit" əcnəbidi desək, yəqin ki, yanılmarıq. Bakıya qədəm basdığı ilk gündən bəri ağına-bozuna varmadan beyninə sığan, yaxud sığmayan qalmaqallara səbəb olan bu şəxs etdiyi "qəhrəmanlıqları" silsilə halına salmağa söz verib. Verməsəydi, növbəti dəfə Azərbaycan mediasına savaş elan etməzdi. Bəli, yanlış duymadız, cənab Tsxadadze klub prezidenti Georgi Hikolovun barışmaq istədiyi, "İnter"lə gərgin münasibətdə ölkə mətbuatına yenidən müharibə elan etməyə başladı. Maraqlıdır ki, "bankirlər"in gürcü çalışdırıcısını buna vadar edən həmkarımızın sualları olub. Kaxaber iddia edir ki, KİV nümayəndələri onunla yalnız meydanda yaşananlardan danışmalıdı. Nədənsə anlamaq istəmir ki, media mənsublarının oyunla yanaşı, qarşılaşmadan əvvəl və sonra yaşananları da ictimaiyyətə çatdırmaq borcu var. Onların tərkibində təhqir olmayan istənilən sualı ünvanlamaq hüququ var. Tsxadadzenin isə suallara cavab vermək və verməmək hüququ var. Gəl ki, Kaxaber özünü inandırıb ki, KİV nümayəndələrinə sərt münasibət göstərmək hüququna da malikdi. Maraqlıdı, görəsən,  Tsxadadzeyə bu hüququ kim verib? İndi isə keçək məsələnin digər tərəfinə. Uzun müddətdir ki, Azərbaycan mətbuatına savaş elan edən, "İnter"də ona "torba tikildiyini" dilə gətirməkdən belə çəkinməyən Kaxaber Tsxadadze nə üçün cəzalandırılmır? Yəni, doğurdanmı "İnter"in fəxri prezidenti, klubun baş sponsorunun Tsxadadzeyə yerini göstərməyə çatacaq vaxtı və gücü yoxdu?

rn

Yeri gəlmişkən, bəzi mətbu orqanlarda Tsxadadzenin yanvaradək "İnter"dən göndəriləcəyinə dair xəbərlər yayıldı. Qeyd olunur ki, Kaxaberin son hərəkəti klub rəhbərliyini möhkəm qəzəbləndirib və "qəhrəmana" xəbərdarlıq edilib. Maraqlıdı ki, bənzər məlumatlar artıq bir müddətdi ki, ölkə mətbuatının gündəmindən düşmür. "Od olmasa, tüstü çıxmaz" deyimini yada salsaq, onda güman ki, Tsxadadzenin ölkəmizdəki ömrünün bitməsinə sayılı günlər qaldığını düşünmək olar. Onun "İnter"ə gəlişində Cəmil Sultanovun rolundan xəbərdarıq. "Simurq"un şefi bir mənbədən maliyyələşdiyi "böyük qardaşlar"ına gürcünü məsləhət bilib. Onlar da Sultanovun məsləhətinə qulaq asaraq, Valentin Xodukinin yeriniə məlum təyinatı ediblər. Lakin bu proses sonra vasitəçi şəxsin əleyhinə işləyib. Kaxa ötən mövsümün ikinci dövrəsində Bakıda keçirilən matçda "Simurq"a "güzəştə getməyib". "Bankirlər"in 2:0 hesabıyla qalib gəlməsi "Simurq"un ilk "altılığ"a gedən yolunu bağlayıb. Sultanov da oyundan əvvəl rəhbərlik səviyyəsində keçirilən görüşdə qarşılaşdığı situasiyadan möhkəm təsirlənib və Tsxadadzedən üz döndərib. Belə yerdə deyərlər ki, borclu borclunun sağlığını istəyər. Amma mətbuatın Kaxanın "ağ bayraq" qaldırmasını gözləməyə səbri qalmayıb. Birmənalı!

rn

 

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail