Prezident işçisinə ürək yedizdirdi

27.11.2010 | 3119 dəfə oxunub

Daim «Qarabağ»ın yanında olan, komandanın hər günündə ona dəstək çıxan, klubun vitse-prezidenti Tahir Gözəl bu dəfə də ənənəsinə sadiq qaldı. Sabah ağdamlılar paytaxt derbisində «Neftçi» ilə üz-üzə gələcək. Son zamanlar komandanın qeyi-qənaətbəxş çıxış etməsi turnir cədvəlində heç də layiq olmadığı pillədə qərarlaşmasına səbəb olub. Daim komandaya həssasiyətiylə fərqlənən Tahir bəy, bu dəfə də sevimli komandasını başına toplayıb.

rn

Dünən axşam, məşqdən sonra komandanı sürpriz gözləyirdi. Belə ki, vacib görüş öncəsi Tahir bəylə futbolçuların görüşü tam fərqli məqamlarla yadda qaldı. Belə ki, futbolçularla görüşən Tahir bəy sözlərinə belə başladı: «Bu gün mən sizinlə futbol haqqında danşmayacam. Hər dəfə futbolla danışırıq. Amma futbol heç də həyatımızın tək oyunu deyil. Tahir bəy komandayla görüşdə həyatda var oluşlarının fərqinə varmalarının, niyə var oluşlarının dərkiylə həyatlarının, əldə etdiklərinin dəyərlərinə şükr etməli olduğunu bildirdi. Hər gün dünyanın inkişaf etdiyi bir məqamda insan olmanın ən vacib ünsür olduğunu vurğuladı. Geridə buraxdığımız hər bir günün əhəmiyyətini gələcəkdə axtarmamağımız üçün bu gün yaxşı övlad, ata, ər, qardaş olmaq üçün çalışmaq, vuruşmaq lazım gəldiyini ifadə etdi.

rn

Çox səmimi abu-havada keçən söhbətdə Tahir bəy  hər nə qədər futbollla bağlı danışmayacağını bildirsə də, gülə-gülə onu da bildirdi ki, «Qarabağ» - «Neftçi» duelinin hər zaman onu həyəcanlandırır. Tahir bəy belə dedi: «Türkiyədə mənim üçün bir matç var: «Qalatasaray» - Fənərbaxça. «Qalatasaray» - «Trabzonspor» və ya «Fənərbaxça» - «Beşiktaş» oyunu  «Qalatasaray» - «Fənərbaxça» duelini əvəz edə bilməz. Mənim üçün sadəcə «Qarabağ» - «Neftçi» dueli «Qalatasaray» - «Fənərbaxça» oyunudur.

rn

Qeyd etdiyimiz kimi, günün sürprizi bununla yekunlaşmadı. Bazada hazırlanmış yeməkdə Tahir bəylə komanda süfrə arxasında əyləşdi. Səmimi ortamda söhbətlər davam edirdi. Yemək zamanı maraqlı olay da yaşandı. Həmin gün 29-cu doğum gününü qeyd edən klubun meneceri Asif Əsgərovu Tahir bəy yanına çağırdı və onu təbrik etdi. Tahir bəy komandadan  Asifə nə təamı verilməsini soruşdu. «Ürək verin ki, ürəkli olsun» replikası hamı tərəfindən gülüşlə qarşılandı. Amma Tahir bəy komandanın arzusunu dəqiqliklə yerinə yetirdi. Tahir bəy süfrədə olan ürək kababından çəngəllə götürərək Asifə dadızdırdı. Vitse-prezidentin bu hərəkəti komanda tərəfindən alqışlarla qarşılandı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail