«Qəbələ» 4 oyuna 13 xalı necə qazanıb?

29.11.2010 | 3635 dəfə oxunub

Sizi maraqlı bir xəbərlə tanış edək. Sən demə, Azərbaycan Premyer Liqasında 4 oyuna 13 xal da toplamaq mümkün imiş. Bu iddiada ingilisləşdirilən «Qəbələ» futbol klubu bulunur. Milli komandanın baş məşqçisi Berti Foqts «Azərbaycan nağıllar ölkəsidi» deyəndə hamı onu qınayırdı. Amma budur, «Qəbələ» 4 oyuna 13 xal toplayır. Klubun rəsmi saytında belə yazılır. Xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:

rn

"Gəncə" matçının hazırlığı davam edir

rn

Son 4 matçında 13 xal toplayan "Qəbələ" növbəti səfər oyununa hazırlığı davam etdirir. Növbəti turdakı rəqibimiz turnir cədvəlində komandamızla eyni xala malik "Gəncə" klubudur. Çempionat ərzində sürpriz nəticələrə imza atan "Gəncə" klubu sonuncu matçda "Neftçi"yə məğlub olsa da, "ev"də çempionluğa iddialı "Xəzər Lənkəran" və "İnter" kimi komandaları büdrətməyi bacarıb.

rn

Gündəlik məşqləri Qəbələdə davam etdirən komandamızın heyətində ciddi itki yoxdur. Yalnız sonuncu turda AZAL-la qarşılaşmanın son dəqiqələrində zədələnərək meydançanı tərk edən Bruno da Silva hələlik fərdi məşqlərlə kifayətlənir. Braziliyalı futbolçunun "Gəncə" ilə matçda çıxış edib etməyəcəyi hələlik dəqiq bilinmir».

rn

Gördüyünüz kimi, bu xəbər «Qəbələ» futbol klubunun rəsmi saytı olan «http://gabalafc.az»a «Gəncə» ilə oyundan əvvəl yerləşdirilib. Amma nə fərqi var, əsas məsələ 4 oyuna 13 xal toplamaqdan gedir. Məlum məsələdir ki, futbol oyununda bir qələbəyə 3 xal qazanılır. 4 qələbə isə 12 xad deməkdir. Amma «Qəbələ» birini də üstünə qoyur. Ola bilsin, ölkənin ali futbol qrumu klubun boslarından qorxub 3 əvəzinə qələbəyə 4 xal yazıb qarşı tərəfin nəticəsinə. Ya da «Qəbələ» üçün xüsusi kompaniya var, «4 qələbə qazan, üstəlik bir xal da sənin olsun».

rn

Allah sizi güldürsün...     

rn

Qeyd: xəbərlə klubun rəsmi saytında da tanış ola bilərsiz: http://gabalafc.az/news_detail.php?news_article=49 linkinə daxil olmaqla.

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail