Bizə tez bir zamanda toparlanmaq lazımdı" - MÜSAHİBƏ

05.04.2011 | 4994 dəfə oxunub

"İnter"in müdafiəçisi Valeri Abramidze AZAL-la oyun və son rnuğursuzluqların səbəbləri haqqında klubun saytına danışıb. Futbolçu rnkomandasının çempionatın liderilə qarşıdan gələn matç ərəfəsində rntoparlanmaq və rəqibə qarşı əsl mübarizə aparmaq lazım olduğunu rnbildirib.rn

- AZAL ilə oyunda komanda pis təsir bağışlamadı, ancaq yenə rndə məğlub oldu. Bu qarşılaşma barədə fikirlərini öyrənmək maraqlı rnolardı.
- Biz pis oynamadıq, təhlükəli vəziyyətlər yaratdıq,rn lakin yenə də realizasiyada böyük problemlər baş verdi. Artıq neçənci rndəfədi ki, şanslarımızdan istifadə edə bilmirik. Ancaq AZAL özünün rnyeganə şansından istifadə etdi. Deyə bilərəm ki, bu, bizi izləyən rnhansısa məşum bəxtsizlikdi.

rn

- Bu mövsüm "İnter"in realizasiyalarla bağlı böyük rnproblemləri yarandı. Sənin fikrincə, komandanın qol vura bilməməsinin rnsəbəbləri nədən qaynaqlanır?
- Zənnimcə, əsas səbəb rnbəxtsizlikdə gizlənir. Uğur bizdən üz dondərib. Lakin istənilən halda rnqarşıda hələ 7 tur var və bizə tez bir zamanda toparlanmaq lazımdı.

rn

- Zədə ilə bağlı yaranmış uzun fasilədən sonra AZAL ilə oyunda ilk dəfə meydana çıxdın...
-rn Bəli. Türkiyədə keçirdiyimiz son təlim-məşq toplanışında dizimin yan rnbağları dartılmışdı. Belə zədənin sağalması tam 6 həftə çəkdi. Şadam ki,rn hər şey arxada qaldı. Əlbəttə, mənə hələ yaxşı oyun üçün rnkondisiyalarımı qaytarmaq lazımdı, lakin əsas odur ki, indi səhhətimlə rnbağlı hər şey qaydasındadı.

rn

- Qarşıda komandanı çempionatın lideri olan "Neftçi" ilə qarşılaşma gözləyir. Görüş haqqında nə düşünürsən?
-rn Bizə tam toparlanmaq və rəqibə qarşı əsl mübarizə aparmaq lazımdı. rnBaşlıcası odu ki, bu yaxınlarda Birlik Kubokunda nümayiş etdirdiyimiz rngücümüzə olan inamımızı və oyunumuzu qaytarmaq lazımdı.

rnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail