"Çempion titulunu qazanmaq bu titulu saxlamaqdan həmişə çətindi" - MÜSAHİBƏ

07.04.2011 | 4260 dəfə oxunub

"İnter"in futbolçusu Dmirti Kruqlovun müsahibəsi

- AZAL-a məğlubiyyətin əsas səbəblərini nədə görürsən?
-rn Təəssüf ki, artıq birinci dəfə deyil biz oyunda üstünlüyə malik olsaq rnda, qol buraxırıq və sonradan cavab qolu vurmağa cəhdlərdə çətinlik rnçəkməyə başlayırıq. Həlledici anda komandaya diqqətlilik çatmır. Bizə rnhücumda aqressivlik və müdafiədə diqqətlilik çatışmır. Bu, əvvəlki rnmatçlarda, AZAL ilə qarşılaşmada da baş verdi.

rn

- Son dörd oyunda komanda qələbə qazana bilməyib. Bunu nə ilə əlaqələndirərdin?
-rn Məğlubiyyət və xal itkisi həmişə psixoloji cəhətdən sarsıdır. Ancaq rndüşünürəm ki, yaxşı oyunla müşahidə olunan bir qələbə bizi əvvəlki rnvəziyyətə qaytaracaq.

rn

- Bu gün komandanın əsas məqsədi Avrokuboka düşməkdən ibarətdi. Sənin fikrinxə, "İnter" bu tapşırığın öhdəsindən gələ biləcək?
-rn Çempion titulunu qazanmaq bu titulu saxlamaqdan həmişə çətindi. Axı, rnçempiona qarşı bütün klublar ikiqat motivasiya ilə oynayır. Avrokuboka rngəldikdə isə ancaq onu deyə bilərəm ki, bizim komandanın ən qiymətli rnvəsiqəni əldə etmək üçün hər imkanı var. Bundan başqa, biz məqsədimizə rnhəm çempionat, həm də kubok vasitəsilə çata bilərik.

rn

- Qarşıda komandanı çempionatda liderlik edən "Neftçi" ilə matç gözləyir. Bu oyun barədə nə deyə bilərsən?
-rn İkinci dövrədə onlarla heç-heçə oynamışdıq - 1:1. Həmin qarşılaşmada rnkomandamız əla görünürdü və yalnız final fitinin səslənməsinə yaxın rnqələbəni əldən verdik. Qarşıdakı matçın əhəmiyyəti barədə nəsə deməyə rndəyməz, hamı onsuz da bu qarşılaşmanın dəyərini bilir.

rn

- "Neftçi" sənin üçün yad komanda deyil, orada bir neçə il rnoynamısan. Bu vəziyyət onlara qarşı keçirilən matçlarda sənə kömək edir?
-rn Həmişə kömək etdiyini deməzdim. Ancaq oyununa köklənməyimə yardımçı rnolur. Axı, keçmiş komandana qarşı oyunda özünü yalnız yaxşı tərəfdən rngöstərməyə çalışırsan, nəyə qadir olduğunu göstərməyə cəhd edirsən. Ammarn daha vacibi qələbədi.

rn

- Çempionluq uğrunda mübarizə aparan komandalardan hansını fərqləndirərdin?
-rn Şansı olan bütün komandalar titul uğrunda mübarizə aparır. Kimisə rnfərqləndirmək istəməzdim. Turnir cədvəlində hamıdan yuxarıda "Neftçi" vərn "Xəzər Lənkəran" qərarlaşıb, lakin bu, onlara final uğuruna zəmanət rnvermir. Hər bir komanda xal və üstünlüyü itirə bilər.

rn

- Bu yaxınlarda Estoniya yığmasının düşərgəsindən qayıtmısan.rn Avro-2012 seçmə turnirində komandanız olduqca yaxşı təsir bağışladı və rnartıq 7 xal toplayıb. Estoniya milli komandasının çıxışı barədə rnfikirlərini bilmək istərdik.
- Hər bir futbolçu üçün milli rnkomanda xüsusi əhəmiyyət daşıyır. Milli komandada oynamaq həmişə xoşdu. rnAxı, ölkənin şərəfini müdafiə edən zaman həddən artıq motivasiyalı rnolursan. Xüsusilə xoşdu ki, Uruqvay və Serbiya kimi güclü komandalara rnqarşı matçlarda qalib gələ bilirik. Bu uğurlar hamıya çox müsbət təsir rngöstərdi.

rn

- Serbiyaya qarşı iki oyunda 4 xal toplamağı bacardınız. Bu rnkomandanı səfərdə də məğlub etdiniz və öz meydanınızda heç-heçə rnoynadınız...
- Bizim çox möhkəm kollektivimiz var. Bütün rnfutbolçular bunu bilirlər, ən başlıcası odur ki, meydançada vəzifələrinirn ürəklə yerinə yetirirlər. Baş məşqçimiz Tarmo Ryuyutlinin xidmətlərini rndə qeyd etmək lazımdı. O, yaxşı komanda hazırlayıb. Uşaqlar var rngüclərilə oynayırlar və çox sevindirir ki, bizdə alınır.

rn

- Serbiya ilə ilk oyundan sonra Estoniya mətbuatında səni hətta rəqibin ulduz futbolçusu Milaş Krasiçlə müqayisə edirdilər...
-rn Doğrusu, bunu ilk dəfədi eşidirəm (gülür). Bununla yanaşı, belə rnfutbolçu ilə müqayisə edilmək mənim üçün çox xoşdu. Lakin qeyd etmək rnistərdim ki, mən hər halda Krasiçlə başqa-başqa futbolçularıq. O, daha rnçox yüksək sürətə və əla driblinqə malik fərdi oyunçudu. Krasiç rəqibin rnmüdafiəsinə çox sayda narahatlıq verməyə alışıb, mən isə daha çox rnkomanda oyunçusuyam. Komandaya oynamağa və ilk növbədə kollektivə xeyir rngətirməyə çalışıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail