Stadium.az © 2012-2023. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Fatih Kavlak: “Qəbələ”ni başqa komandalarla müqayisə edə bilmirik"-MÜSAHİBƏ

07.04.2011 | 4731 dəfə oxunub
rn Hazırda “Qəbələ”də yardımçı məşqçi rnvəzifəsini yerinə yetirən Fatih Kavlak buna qədər “Malatyaspor”, rn“Gənclərbirliyi”, “Trabzonspor”, “Qarabağ” klublarında çalışıb. rnAzerisport.az xəbər verir ki, Fatih Kavlak karyerası ərzində, əsasən, rntanınmış mütəxəssis Ziya Doğanın rəhbərlik etdiyi məşqçi heyətində yer rnalıb və onun təcrübəsindən bəhrələnib. Hazırda fəaliyyətini “Qəbələ”də rnbaş məçqçi köməkçisi kimi davam etdirən bu gənc məşqçi ilə müsahibəni rntəqdim edirik:
rnrn
rnrn - Mən Toni Adamsın köməkçisiyəm. rnÖzümüzün və rəqib komandanın oyununun analizi, oyunçuları izləmək və rneyni zamanda futbolçuların fiziki hazırlığı da mənim vəzifəmə daxildir. rnBundan başqa, hansı məsələlərdə ehtiyac yaranırsa, həmin işlərdə baş rnməşqçiyə köməklik göstərirəm.
rnrn
rnrn - Futbolçulardan bəziləri deyir ki, bizi Fatih hocanın əlinə versəniz, canımızı alar...
rnrn - Belə deyirlərsə, buna sevindim. rnBaş məşqçinin tərtib etdiyi ümumi məşq proqramında müxtəlif bölümlər, o rncümlədən, fiziki bölüm də var. Fiziki hazırlıq proqramını mən həyata rnkeçirirəm.
rnrn
rnrn - Bundan əvvəl “Qarabağ”da çalışırdınız. Ordakı işinizlə burdakı arasında hansı fərqlər var?
rnrn - “Qarabağ”da Qurban Qurbanovun rnbirinci köməkçisi idim. Burda həmin vəzifəni Qari Stivens yerinə rnyetirir. Müqayisə üçün deyim ki, “Qarabağ”da məşqlərdə daha aktiv idim. rnÜmumən götürsək, hər iki komandada işim çox oxşardı. Ola bilsin, başqa rnklublarda fiziki hazırlıq üzrə ayrıca məşqçi var. Bu vəzifəni “Qəbələ”dərn mən həyata keçirirəm, sadəcə, Toni Adamsın hazırlıq proqramı rnçərçivəsində.
rnrn
rnrn - Futbolçuların fiziki hazırlıq səviyyəsini necə, hansı yolla müəyyən edirsiz?
rnrn - “Yo-yo test” deyilən bir kompüter rnproqramı var. Bu proqram vasitəsilə dövrələrarası fasilələrdə rnfutbolçuları testdən keçiririk. Sonra onların hazırlıq səviyyəsini əks rnetdirən protokollarla tanış oluruq. Tələblərə cavab verməyən rnfutbolçuları əlavə məşqlərə cəlb edirik. Bu testləri mövsümün əvvəlində,rn ortasında, bir də sonunda edirik.
rnrn
rnrn - Testlər oxucular üçün rnmaraqlı ola biləcək məqamlara, deyək ki, ““Qəbələ”nin ən sürətli rnfutbolçusu kimdi” sualına aydınlıq gətirirmi?
rnrn -Xeyr, bu test metodu futbolçularınrn hazırlıq səviyyəsini göstərir, ən sürətli, yaxud ən çox qaçan rnfutbolçunu ayırd etmir. Oxucuları üçün maraqlı ola biləcək bir faktı rnaçıqlaya bilərəm. Məsələn, testlərin nəticələrinə görə, rnfutbolçularımızın fiziki göstəriciləri ideal səviyyədədir.
rnrn
rnrn - Deyirlər “Qəbələ” atletik futbola üstünlük verir. Belədi?
rnrn - “Qəbələ”nin oyunlarını kənardan rnizləyənlərə elə gələ bilər ki, biz atletik futbola üstünlük veririk, rnamma belə deyil. Bizdə matç anında, futbolçuların nə qədər məsafə qət rnetdiyini, onların orta hesabla saatda neçə kilometr qaçdığını müəyyən rnedən proqram yoxdu. Odu ki, “Qəbələ”ni başqa komandalarla müqayisə edə rnbilmirik. Çempionatda 24, kubokda isə 3 matç oynamışıq. Matçların rntexniki analizi göstərir ki, yalan olmasın, həmin oyunların 20-də 90 rndəqiqəni rəqibdən daha yaxşı başa vurmuşuq. Ola bilər, azarkeşlər rn“Qəbələ”nin bir oyununa görə komandaya qiymət verirlər. Amma biz bir rnoyunu, ayrı-ayrı epizodları təkrar-təkrar izləyib, analiz edirik. rnAraşdırmalar göstərir ki, qollarımızın əksəriyyətini oyunun son 15 rndəqiqəsində vururuq. Bu, o deməkdi ki, futbolçularımızın fiziki rnhazırlığı qənaətbəxşdi. Söz yox ki, fiziki hazırlığa həddən artıq yer rnversək, futbolçular daha sürətli və güclü olar, amma başqa rnkomponentlərdə geriləyərlər.
rnrn
rnrn - Siz 8 il həvəskarlar arasında futbol oynamısınız. Nə üçün professional futbola keçmədiniz?
rnrn - Sadəcə, buna imkanım olmadı. 5 il rnuniversitetdə təhsil aldım, 3 il də işlədim. Ya özümü yaxşı tərəfdən rngöstərə bilməmişəm, ya da, sadəcə, məni görən olmayıb. Əslində, rnbütünlüklə özümü futbola verə bilmədim. Buna görə də 26 yaşımda futbol rnoynamağı bir kənara qoyub, məşqçiliyə başladım. Artıq 11 ildir rnməşqçiliklə məşğulam.
rnrn
rnrn - Türkiyədə Hikmət Karaman, rnZiya Doğan kimi tanınmış mütəxəssislərlə birgə çalışmısız. Onlardan nə rnöyrəndiniz, burda Toni Adamsdan nə götürürsüz?
rnrn - Hər bir məşqçiylə birgə rnçalışmalarda nəsə öyrənmişəm. Məşqçiliyə Türkiyədə Hikmət Karamanla rnbaşladım, Güvənc Kurtarla, Ziya Doğanla, Azərbaycanda Qurban Qurbanovla rnbirgə işlədim. Bu mütəxəssislərlə çalışmaq mənim üçün təcrübə toplamaq rnbaxımından çox faydalı oldu. Ayrı-ayrılıqda qeyd etməyim doğru olmaz, rnamma hər bir məşqçidən nələrsə öyrənmişəm. Nələri gördüyümü və rngötürdüyümü özümə saxlamaq istəyirəm. Hazırda Avropa futbolunun ən rntanınmış simalarından olan Toni Adamsın yanındayam. Onun futbolçularla rndavranışını görürəm, futbol anlayışından bəhrələnirəm.
rnrn
rnrn - Nə vaxtsa baş məşqçi olmaq niyyətiniz varmı?
rnrn - Əlbəttə, əsas istəyim də elə budu.rn Hazırda “A” dərəcəli məşqçiyəm. Yaxın illərdə “Pro” lisenziyasını almaqrn niyyətindəyəm. İşləyəcəyim komandada yaxşı başlamaq lazımdır ki, davamırn da uğurlu olsun. Bunu isə zaman göstərəcək.
rn
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Çox oxunan xəbərlər
Digər
Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
Son xəbərlər
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |