Ruslan Abışov: «Qarabağ»a qol vurmağıma görə çox üzüldüm»

30.11.2010 | 9196 dəfə oxunub

Premyer Liqada turun mərkəzi oyunu olan «Qarabağ» - «Neftçi» oyununu qonaq komanda qazandı. Minimal hesabla qələbə qazanan «Neftçi»nin yeganə qolunun müəllifi, komandanın kapitanı Ruslan Abışov bu və digər məsələlər barədə suallarımızı cavablandırdı.

rn

- Oyunun çətin olacağını bilirdik ki, bu da qarşılaşma ərzində özünü göstərdi. «Qarabağ»a xal lazım idi, elə bizə də. Bir gün əvvəl «Xəzər-Lənkəran» xal itirdiyindən, qələbə qazanmağımız vacib idi. Super oyun oynamasaq da, şükürlər olsun, 3 xalı əldə edə bildik. Əsas odur nəticə bizim oldu. Qarşıda AZAL-la oyun var. Bu görüşə də 3 xal üçün çıxacağıq.

rn

- Qolun müəllifi sən oldun. Sənin həmin vəziyyətdə qol vurmağın hamı üçün gözlənilməz oldu. Birdən çıxıb qol vurdun...

rn

- Elə mənə də gözlənilməz gəldi. «Qarabağ»da çoxlu dostlarım var. Mənim futbolçu kimi yetişməyimdə də Qurban müəllimin əməyi böyük olub. Buna görə də «Qarabağ»a qol vurmağıma görə çox üzüldüm. Amma əsas olan komandamın uğurudu, bunu da təmin edə bildik. Qola gəlincə, qoşuldum hücuma, Araz yaxşı ötürmə verdi, vurdum, qol oldu. Düzü, bunu rəqib də gözləmirdi.

rn

- «Neftçi» qələbə qazandı, daha sonra «Beşiktaş» - «Qalatasaray» matçını izlədin. «Beşiktaş»lı olduğunu bilirəm, sevinirdinmi  qələbələrinə?

rn

- Həmin gün «ağ-qaralar»ın günü idi. Yüz faiz bilirdim ki, «Beşiktaş» «Qalatasaray»ı məğlub edəcək. Mənim üçün ikiqat sevinc oldu.

rn

- Bir neçə gün əvvəlki açıqlamanda bildirmişdin ki, səviyyəli oyunçu olmaq üçün mütləq legioner həyatı yaşamaq lazımdı. Bu barədə bir fikrin varmı?

rn

- Bu barədə dəqiq bir söz deyə bilmərəm. Bütün diqqətimi qarşıdakı oyunlara yönəltmişəm. Düzünə qalsa, xaricə getməyi yüz faiz istəyirəm. Amma böyük arzumdur ki, «Neftçi»ylə çempion olum. Bunu həyata keçirmək istəyirəm. Bundan əvvəl bu barədə çox danışdım, başım ağrıdı. Çempion olub xaricə getmək istəyirəm. Nəyin bahasına olursa olsun, bunu etməliyəm. Burada yaxşı oyunçu ola bilərəm, gərək bu adı xaricdə qazanasan.

rn

- Rövşən Əhmədov iki vəziyyətdə qapınıza penalti təyin etmədi. Bu barədə nə deyə bilərsən?

rn

- Bir oyunçu kimi bu məsələyə şərh verməyi düzgün saymıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail