“Tərəqqi”nin "Ramaşka"sı

05.11.2012 | 4507 dəfə oxunub

"Tərəqqi" klubunun qapıçısı Ramil Kərimov "Kəpəz"in rəsmi internet saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir: 

Müsahibəyə bu cür başlığı təsadüfdən seçmədik. Məsələ burasındadır ki, yazının qəhrəmanı olan Ramil Kərimovun ləqəbi Ramaşkadır. Gül adlı cavan oğlan “Tərəqqi”nin qolkipedir. Komandanın turnir cədvəlində üst sıralarda yer alıb, kubokda mərhələ adlamasında onun da rolu var. Müsahibəyə həvəsli olan qapıçı ilə komandasının məşqindən sonra söhbət etmək qərarına gəldik.


Ramil, işlər necə gedir?

Sağ olun, yaxşılıqdır. Çempionata yaxşı başlamışıq ki, bu da bizi sevindirir. Klubda hər şey normaldır, işlərimiz şükür ki, öz qaydasında gedir. Əhval-ruhiyyəmiz əladır. Məşqlərimiz yaxşı səviyyədə davam edir. Oyunlarımızı uğurla keçirib, çempionatı yüksək yerlərdə tamamlamaq istəyirik.

“Tərəqqi” səfərdə keçirdiyi oyunlarda inamlı təsir bağışlasa da, Gəncədə 2 dəfə uduzub. Bu nə ilə bağlıdır?

Evdə öz səhvlərimizdən hər iki oyunda məğlub olduq. Günahı tək bir adamın adına bağlamaq düzgün deyil. Futbol kollektiv oyundur və meydana çıxan hər bir futbolçu komanda üçün oynayır. Zəif təsir bağışlayıb “Ağsu” və “Şahdağ”a uduzduq. Bundan nəticə çıxarmalıyıq. Çalışmalıyıq ki, gələcəkdə eyni səhvləri təkrar etməyək. Qarşımıza qoyulan məqsədə nail olmaq üçün səylə işləməliyik.

Oyun ərzində səni daha çox danışıb, komanda yoldaşlarına qışqıran görürük.

Bu, qapıçılara xas olan bir xüsusiyyətdir.Mən hec vaxt uduzmağı bacarmamışam. Bunu həzm edə bilmirəm. Ona görə də uşaqlara tez-tez qışqırıram. Mən həmişə danışıb qışqıracağam (gülür). Yoldaşlarımı mübarizəyə səsləmək, məncə, pis addım deyil.

Azarkeşlərə sözün.

Bütün “Tərəqqi” sevənləri stadiona dəvət edirəm. Gəlsinlər, oyunlarımıza baxsınlar, dəstək versinlər. Komandanın pis və yaxşı günlərində bizimlə birlikdə olsunlar. Sağ olsunlar fanatlar stadioan gəlirlər. Bizim uğurlarımız da onların da əməyi böyükdür. Oyunlara gəlməyənlərə də burdan səslənirəm ki, bizə dəstək olmağa gəlsinlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail