«Qarabağ» bəyanat yaydı

01.12.2010 | 3652 dəfə oxunub

Ağdamın «Qarabağ» klubu bəyanat yayıb. Bəyanatın məğzini oxuduğunuz zaman anlayacaqsınız. Həmin bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:

rn

Qalibiyyətin sahibi çox olur, məğlubiyyət isə həmişə yetim olur. Bu məsəl günümüzün reallığında necə də gözəl səsləşir. Öz uğursuzluqları dillərini batıranda uğurlarına həsrətlə baxdığının uğursuzluğunda dilçək çıxarırlar.

rn

Hər şey 2008-ci ilin avqustunda başladı. Hər məqamda «Qarabağ»ın uğurlarını öz adına çıxanlar «Qarabağ»ı hansı məqamda qoyub getməsi hər kəsə məlumdu. O zaman klub rəhbərliyinin uzaqgörən siyasətiylə gənc Qurban Qurbanovu «Qarabağ»a gətirəndə çoxları bu təyinata şübhəylə yanaşsa da,  arxada qalan 30 aylıq müddətdə əldə edilən uğurlar  tərəfsiz(!) insanlar arasında Qurbanovu ölkənin ən çox sevilən və qürur duyulan baş məşqçisi durumuna gətirib.

rn

Bəli, 2008-ci ildə özünün qurmadığı heyətlə yola çıxan Qurbanov «Qarabağ» rəhbərliyinin dəstəyini də arxasına alaraq, mübarizliyi, əzmkarlığı ilə ilk mövsümün sonunda ölkə kubokunu qazandı. Bu zaman  cəmi 37 yaşı olan Qurbanov Azərbaycan futbol tarixinə düşdü. Qurbanov bu uğurla kifayətlənmədi. O, meydanda ani uğurların deyil, beyinlərdə inqilabın yetişməsinin vacibliyini siyasətiylə sübut etdi. «Rusenborq»la oyunöncəsi Admir Teli istisna olmaqla bütün legionerləri yola salan, yaşlı futbolçularla vidalaşan Qurbanovu nə qədər tənqid etsələr də, rəhbərlik ona inandı və dəstəklədi. Və onun inqilabı Azərbaycan futbol tarixinin ən böyük uğurunu qazandırdı. O, Azərbaycan futbolçusuna inanmağı, ona qələbə qazanmaq ruhunu öyrətdi. Bu gün «Qarabağ»ın uğurlarını özlərinin yaratdıqları sistemlə əlaqələndirənlər «Qarabağ»ın heyətinə bir nəzər salsınlar. Onların dövründən sadəcə Fərhad Vəliyev («Qarabağ»ın yetirməsi deyil), Maksim Medvedev və Rauf Əliyev(hər ikisi Hemdi Serpil Tüzünün tapıntısı)  qalıb. O Raufu ki, hələ Böyükağa Ağayev 16 yaşında olanda derbidə «Neftçi»ylə oyunda komandada debüt etməsinə şərait yaratmışdı. Qurban müəllim 2 il yarım ərzində yaratdığı komandada komandanı qoyub qaçanların hansısa "iz"ini göstərə bilərsizmi? Hansı «skelet»dən danışırsız?

rn

Komandanın uğursuzluqlarında millinin təlim-məşq toplanışlarının gətirdiyi yorğunluğu əsassız sayanlar vaxtilə bu toplanışları tənqid etdiklərini ne tez unutdular? (maraqlanan www.qarabagh.com-un arxivinə baxa bilərlər).

rn

Bəli, qeyd etdiyimiz kimi, Qurban bəy Azərbaycan futbolçusuna inanmağı, ona qələbə qazanmaq ruhunu öyrətdi. Qurban müəllimin Ölkə Prezidentinin zənginin yaratdığı qürurü gizlədəcək qədər təvazökar xarakterində daim bir məqsəd olub: Azərbaycan futboluna xidmət etmək. «Qarabağ»ı Dünyanın ən yaxşı klubları sırasında tək təmsil edən komandanın Baş Məşqçisi kimi «Qarabağ»dakı məşqçilik karyerasının 2-ci ilində də «Qarabağ»a uzun müddətdən sonra bürünc medalları qazandırdı. Ardıcıl 2-ci ildə Avroliqada azərbaycanlı  futbolçularla tarix yazan, azərbaycanlıların qüruru olan «Qarabağ» baş məşqçisi məhz O, idi. 

rn

Amma futbol elə bir oyundu ki, o daim qeyri-adi nəticələri, dəyişkən ruhu və gözlənilməzlikləri ilə idmanın şahıdır. Avroliqadakı uğurlardan sonra hər kəsin Azərbaycan çempionluğuna bir nömrəli namizəd göstərdiyi «Qarabağ» məhz futbolun yazılmamış qanunlarının qurbanı oldu. 6-7 futbolçusunun daim zədələnməsi, bəxtin üz döndərməsi kimi və s. amillər «Qarabağ»ımızın bu gün heç də arzuladığımız pillədə qərarlaşmasına səbəb oldu.

rn

Təbii ki, belə məqamda son 2 ildə Azərbaycan futbolundakı inqilabıyla ölkəmizin ən sevilən komandasına çevrilmiş «Qarabağ»ın qeyri-qənaətbəxş çıxışının müzakirə edilməsini normal qarşılayırıq. Ölkənin tanınmış qəzetlərinin birində bu barədə yazı dərc edilmiş, «Qarabağ» rəhbərliyinə tövsiyə xarakterli fikirlər bildirilmişdir. Komandamızın uğur qazanması məqsədilə yazılmış subyektiv analizə görə onlara təşəkkürümüzü bildirir, bəyan edirik ki, Klub rəhbərliyinin hər hansı bir məsləhətə eytiyacı yoxdur.

rn

«Qarabağ» Futbol Klubunun rəhbərliyi qəzetin həssasiyyətini anlayışla qəbul edərək  fikri soruşulan mütəxəssislərə də öz təşəkkürünü bildirir. Çempionatın başlamasına bir həftə qalmış komandasını  qoyub qaçan birisindən təbii ki, obyektiv fikir gözləməsək də, Şakir Qəribov, Ağasəlim Mircavadov və Vaqif Sadıqova dəyərli fikirlərinə görə minnətdarlıq edirik.Bir daha rəsmi olaraq bildirik ki, premyerliqada bir klubun başında ən uzun müddətdə olan Qurban Qurbanova hər zaman  olduğu kimi tam dəstəyi davam etdiririk. Azərbaycanın beynəlxalq aləmdə ən uğurlu məşqçisi kimi «Qarabağ» rəhbərliyi ona inanır və bu çətin günləri birgə səylərimizlə geridə qoyacağımıza əminik. Qurban Qurbanovun müqaviləsi kağız üzərində deyil, qarşılıqlı inam üzərində imzalanmış, daimidir.  Qurban Qurbanov və «Qarabağ» adlarının gələcəkdə də eyni məqsəd üçün səslənəcəyinə bir daha hər kəsə bəyan edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail