«Neftçi» Fərid Quliyevi niyə komandadan çıxardı? - TƏHLİL

01.12.2010 | 3629 dəfə oxunub

«Neftçi»dən daha bir qeyri peşəkar addım. Qış fasiləsinə bir neçə tur qalmış klub milli komandamızın da üzvü olan Fərid Quliyevi heyətdən çıxardı. Bunun arxasında nə dayanır? Günlərlə Fəridi axtarıb, başqa komandaya keçməsinə əngəl olaraq «Neftçi»yə gətirilən futbolçunu gün vurdumu? Bunun arxasında hansısa maraqlar olduğu şübhəsizdir.  Aldığımız məlumata görə, Quliyevin «Neftçi»yə keçməsində kimlərsə maraq güdürmüş. Bu isə sonradan ortaya çıxıb. Futbolçu isə bununla razılaşmayıb. Nəticədə baş məşqçi Fəridi komandada görmək istəməyib. Fəridin baş məşqçi Arif Əsədovla yola getmədiyi aydın məsələ idi. Bu iki şəxsin münasibətlərinin normal olmadığı avqustun 21-də, məhz həmin gün keçirilən Premyer Liqanın 3-cü turunda «Neftçi» - «Simurq» oyununun 37-ci dəqiqəsində baş məşqçi Fəridi Cavid Hüseynovla əvəzlədi. Quliyev isə haqlı olaraq buna son dərəcə sərt şəkildə etiraz etdi. Əsədovun bu əvəzləməsi olduqca yalnış idi. Hesab 1:0, «Neftçi» isə oyunda hakim tərəf idi. Buna görə də baş məşqçi 8 dəqiqə səbr edib oyunçunu fasilədə əvəzləməliydi. Amma etmədi, bu isə oyunçunu sındırmaq deməkdir. Ola bilməz ki, ötən mövsüm çempionatın bombardiri olan oyunçu yeni mövsümdə 45 dəqiqə oynamaq şansını qazanmasın!..

rn

Əsədov bu addımı ikinci dəfə də atdı. Son turda «Qarabağ»la qarşılaşan «Neftçi»nin baş məşqçisi oyunun 29-cu dəqiqəsində milli komandanın üzvü Amit Quluzadəni oyundan alaraq yeriə Emil Mpenzanı buraxdı. Daha bir yalnış! Emil oyuna daxil olandan sonra heç nəyi ilə seçilmədi. Əksinə, bir vəziyyətdə top onun əlinə dəydiyindən komandasının qapısına penalti təyin edilməli idi, amma hakim buna göz yumdu. Qısası, Arif Əsədov futbolçularla düzgün rəftar etməyi bacarmır. Bu isə zirvədə olan komandanı üçuruma sürükləyə bilər.

rn

P.S. Milli komandamızın Türkiyəni məğlub etdiyi tarixi oyunda üzərinə düşən işi canla-başla yerinə yetirən, qələbə böyük pay sahibi olan futbolçulardan olan Fərid Quliyev «Simurq»la görüşdə bunu bacarmırmı? Arif Əsədov belə düşünür! 

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail