«Barselona» dünya futbol tarixinin ən yaxşı komandasıdır»

MÜTƏXƏSSİSLƏRİN «BARSA» BARƏDƏ DEDİKLƏRİ

02.12.2010 | 3637 dəfə oxunub

La Liqanın 13-cü həftəsində «Nou Kamp»da «Real»ı 5-0 hesabıyla məğlub edən «Barselona»nın oynadığı futbol insanı heyrətə salırdı. Bu oyuna ilk münasibət bildirən Argentina millisinin baş məşqçisi Serxio Batista olub. O, Argentinanın «Ole» qəzetinə açıqlamasında bildirib ki, «Barsa» dünyanın ən yaxşı futbol oynayan komandasıdır və bunu heç kim müzakirə etməməlidir. Baş məşqçi sözlərinə belə davam edib: «Barselona»nın çox ağıllı və bacarıqlı futbolçuları var. O futbolçular bir-birlərini çox yaxşı tanıyırlar və doğru zamanda, doğru yerdə olurlar. Ayrıca olaraq Xaviyə sahibdirlər, o, bir kompyuterdi. Xavi oyunun sonucuna qərar verir, hansı tərəfə gedəcəyini bilir, hücumu hansı tərəfdən qurmaq lazım olduğunu daha əvvəlcədən hesablayır. Xavidən başqa İnyesta da komandanın ikinci beynidir».

rn

Françesko Tottinin «Barsa» barədə söylədiyi fikrləri: «Bu «Barselona» yenilməzdir. «Real»a qarşı oynayan «Barsa»nın qarşısına eyni zamanda 3 komanda çıxsa da, xeyri olmayacaqdı. Kataloniyalı futbolçular möhtəşəm idi. Madridlilərdən daha az qaçdılar, amma top daha çox onlarda idi. Onlar «Real»ı topsuz saxlayıb o yana, bu yana qaçırırdılar. Mənim fikrimi soruşsanız fikrləşmədən deyə bilərəm. «Barselona» dünyanın gəlmiş getmiş ən yaxşı komandasıdır».

rn

Xuande Ramos - «Real»ın keçmiş baş məşqçisi: «İki komanda arasında olan fərq rəqib qapısına vurulan 5 topdan daha çox idi. Gerçəklər acıdı, amma durum budu. «Barsa» «Real»dan daha yaxşı və möhtəşəm komandadır. Hesabdakı nəticə iki komanda arasında olan fərq demək deyildi. Fərq 10-15 dəfədən də artıqdı».

rn

Maurisio Poçettino - «Espanyol»un baş məşqçisi: «Barselona» «Real»a qarşı oynadığı futbolla ölkədə və dünyada həyatı durdurmuşdu. Matçı evimdə, əlimdə bir qədəh şərabla izləyirdim, çox böyük keyf aldım».

rn

Roy Kin - «Mançester Yunayted»in keçmiş əfsanəsi, «İpsviç»in baş məşqçisi: «39 yaşındayam, illərdir futbola baxıram. Çox yaxşı görüşlərdə də oynadım, amma bu qarşılaşma indiyədək izlədiyim ən gözəl futbol matçı idi. Maurinyonun heyranıyam. Onun acı çəkməsi məni məmnun etmədi. Komandası üçün ümid var. Hər bir komanda fərqli hesabla uduza bilər. Özəlliklə də gənc məşqçilər yeni işə başlayanda böyük hesablı məğlubiyyətlərlə üzləşir. Hari Rednap məşqçiliyə başlayanda komandası 8-1 və 9-1-lik hesablarla məğlub olmuşdu. Amma indii fərqli durumdu».

rn

Borja Valero - «Vilyareal»ın oyunçusu: «Barselona»nın yenilməsi çox çətin olan komanda olduğunu gördük. Uduzmağa öyrəncəli olmayan komandanı 5:0 hesablı və o cür oyunla məğlub edirlərsə, daha deməyə söz tapa bilmirəm. Məncə «Barselona» dünya futbol tarixinin ən yaxşı komandasıdır».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail