Böyükağa Hacıyev Moskvaya gedir

30.12.2012 | 3733 dəfə oxunub

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Rusiyaya gedir. Stadium.az xəbər verir ki, bu haqda məlumat verən Hacıyev bildirib ki, Yeni ili Moskvada keçirəcək. Onun Rusiya paytaxtına səfərində məqsəd isə cərrahiyyə əməliyyatından sonra müayinə olunmaqdır: “Səhhətimlə bağlı hər şey qaydasındadır. Müalicəmin 2-ci mərhələsini Bakıda aldım. Hazırda özümü çox yaxşı hiss edirəm və artıq döyüşlərə hazıram. Allaha çox şükür olsun ki, problem arxada qalıb. Moskvaya müayinə üçün yollanıram. Yeni ili orada qarşılayıb, yanvarın 2-də qayıdacağam. Bu müddətdə hökmən orda müayinədə olmalıyam”. Hacıyev bu yay Rusiyada beynindən cərrahiyyə əməliyyatı olunub. 
Böyükağa müəllim hazırda “Xəzər Lənkəran”ın qapıçısı sayılan, ancaq klubla yola getməyən Kamran Ağayevin "Neftçi"yə mümkün keçidinə də toxunub: “Kamranı komandamızda görmək istəyərəm. Ancaq bu gün heç kim zəmanət verə bilməz ki, o, yüz faiz gələcək. Kamran Ağayevin “Xəzər Lənkəran”dan asılılığı var. Onu yaxşı qapıçı olduğuna görə almaq istərdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail