AFFA “GƏNCƏ”Nİ CƏZALANDIRDI

02.11.2010 | 3255 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin Unibank Premyer Liqasının XI turunun oyunlarıyla bağlı iclası keçirilib.  İclasda aşağıdakılar barədə qərarlar qəbul olunub.

rn

30 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasının XI turunun "Qarabağ" - "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur (maddə 40).

rn

31 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasının X turunun "Gəncə" - "Qəbələ" matçının 57-ci dəqiqəsində "Gəncə" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 48).

rn

29 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun AZAL - "Muğan" matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).

rn

29 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun "Turan" - MOİK matçında MOİK klubunun 6  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).

rn

30 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun "Bakı" - "Neftçi" matçının 37-ci dəqiqəsində "Neftçi" klubunun 12 №-li futbolçusu Elçin Sadiqov aqressiv hərəkətə görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 38.3).

rn

31 oktyabr 2010-cu il tarixində I divizionun VIII turunda "Neftçi" İSM - "Abşeron" matçında yanğınsöndürən maşın olmadığı üçün meydan sahibi klub 100 (yüz) manat cərimə olunur (maddə 63).

rn

31 oktyabr 2010-cu il tarixində I divizionun VIII turunda "Energetik" - "Şahdağ" matçında "Şahdağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (yüz) manat cərimə olunur (maddə 40).Oyunun 55-ci dəqiqəsində "Şahdağ" klubunun 13 №-li futbolçusu Murad Rəcəbov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).

rn

26 oktyabr 2010-cu il tarixində XIX Azərbaycan Kubokunun "Bakılı" - "Neftçi" İSM matçının 60-cı dəqiqəsində "Bakılı" klubunun 8 №-li futbolçusu Quliyev Samir Z. hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 (dörd yüz) manat cərimə olunur (maddə 42.3).

rn

26 oktyabr 2010-cu il tarixində XIX Azərbaycan Kubokunun "Şəmkir" - "Rəvan" matçında "Şəmkir" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (yüz) manat cərimə olunur (maddə 40).Oyunun 64-cü dəqiqəsində "Rəvan" klubunun baş məşqçisi Vladislav Qədirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 500 (beş yüz) manat cərimə olunur (maddə 42.4).

rn

26 oktyabr 2010-cu il tarixində XIX Azərbaycan Kubokunun "Karvan" - "MKT-Araz" matçında "Karvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (yüz) manat cərimə olunur (maddə 40).

rn

27 oktyabr 2010-cu il tarixində XIX Azərbaycan Kubokunun "Şahdağ" - "Gəncə" matçında "Gəncə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur (maddə 40).Matçın 86-cı dəqiqəsində "Sahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov aqressiv oyuna görə (rəqibə ayaqla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 (dörd yüz) manat cərimə olunur (maddə 38.3).

rn

27 oktyabr 2010-cu il tarixində "Kapital Bank U-15 Liqa"nın "MKT-Araz" - "Neftçi" matçının 42-ci dəqiqəsində "Neftçi" klubunun 7 №-li futbolçusu Etibar Süleymanov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).Oyunun 48-ci dəqiqəsində "MKT-Araz" klubunun 7 №-li futbolçusu Nurəddin Abbasov hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

rn

27 oktyabr 2010-cu il tarixində "Kapital Bank U-15 Liqa"nın İOEUGİM - "Simurq" matçının 68-ci dəqiqəsində İOEUGİM klubunun 88 №-li futbolçusu Teymur Nəsibov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

rn

28 oktyabr 2010-cu il tarixində "Kapital Bank U-15 Liqa"nın "Vətən" - "Turan" matçının 63-cü dəqiqəsində "Turan" klubunun 17 №-li futbolçusu Novruz Məhərrəmov aqressiv oyuna görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

rn

17 oktyabr 2010-cu il tarixində U-14 Liqasının "Bakı kəndləri" - "Hövsan" matçında "Hövsan" klubunun heyətində Mirzəli Rauf, İsayev Zamir və Cəbrayılov Sahilin əvəzinə lisenziyası olmayan başqa futbolçular iştirak etdiyi üçün "Hövsan" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

rn

30 oktyabr 2010-cu il tarixində U-14 Liqasının UGİM (Balakən) - UGİM (Mingəçevir) matçının 23-cü dəqiqəsində UGİM (Balakən) klubunun 7 №-li futbolçusu Həmid Padarov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

rn

30 oktyabr 2010-cu il tarixində U-13 Liqasının İOEUGİM (Sumqayıt) - "Çıraqqala" matçının 25-ci dəqiqəsində İOEUGİM klubunun 13 №-li futbolçusu Qaçay Qaçaylı aqressiv oyuna görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

rn

30 oktyabr 2010-cu il tarixində U-13 Liqasının "Saatlı" - "Liman" matçının 34-cü dəqiqəsində "Saatlı" klubunun 14 №-li futbolçusu Zülfəli Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır  (maddə 37.1).

rn

31 oktyabr 2010-cu il tarixində futzal üzrə ölkə çempionatının I dəstəsində "Tərəqqi" - "Qala" matçının 34-cü dəqiqəsində "Tərəqqi" klubunun 10 №-li futzalçısı Rəşad Şükürov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 4 oyunluq cəzalanır (maddə 42.3).

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail