AFFA "Pro" kateqoriyalı məşqçi kurslarına start verir

22.04.2011 | 4006 dəfə oxunub

rn 2011-ci ilin iyun ayında AFFA tərəfindən UEFA-nın PRO kateqoriyalı rnlisenziya kursları başlayacaq. Stadium.az xəbər verir ki, kurslarda rniştirak üçün tələb olunanlar aşağıdakılardı:
rn
rn  
rn
rn - Kurslara «A» kateqoriyasını (yaxşı qiymətlərlə) əldə etdikdən sonra rnən azı 1 il müddətində aktiv fəaliyyətdə olmuş (klub və ya milli rnkomandalarda işləmiş) məşqçilər buraxılır.
rn
rn - Klubdan ödəniş haqda zəmanət və ya 100% nağd ödəniş.
rn
rn - Sağlamlıq haqqında arayış.
rn
rn - İştirak etmək istəyən mütəxəssisdən AFFA-nın baş katibinin adına ərizə.
rn
rn - Ödəniş məbləği - 4000 AZN
rn
rn  
rn
rn PRO lisenziya kurslarında bəzi praktiki dərslər məşqçilərin işlədiklərirn klublarda aparılacaq. Buna görə, növbəti mövsüm klubda, yaxud milli rnkomandalarda işləməyən və kurslarda iştirak edən mütəxəssislər avqustun rn1-dən 7-dək olan müddətdə Azərbaycan Premyer Liqasında çıxış edən rnklublardan birində praktika keçməlidir. Bundan əlavə, kurslarda iştirak rnedən məşqçilər yüksək səviyyəli və uşaq futboluna xüsusi diqqət rnyetirilən 2 fərqli xarici klubda hərəsində 1 dəfə olmaqla təcrübə rnkeçməlidirlər.
rn
rn  
rn
rn Klubları seçərkən aşağıdakı şərtlərə riayət olunmalıdı:
rn
rn - Azərbaycan Premyer Liqası klublarından birində hazırlıq mərhələsində 1 həftəlik praktika (1 – 7 avqust 2011-ci il)
rn
rn - Qərbi Avropanın yüksək səviyyəli 2 müxtəlif klubunda çempionat rnərzində və ya hazırlıq mərhələsində hər biri 1 həftəlik 2 praktika
rn
rn  
rn
rn Praktika keçmək və praktikanı planlaşdırmaq kurs iştirakçılarının öz rnöhdəlikləridir. Praktika üçün çəkilən bütün xərclər iştirakçı tərəfindənrn ödənilməlidir. İştirakçı özünün işlədiyi klubda praktika keçə bilər. rnBir şərtlə ki həmin komanda ölkə çempionatının yüksək liqasında çıxış rnetməlidir.
rn
rn Bütün iştirakçılar keçəcəyi hər bir praktika haqqında 2011-ci il iyulunrn sonunadək AFFA-ya yazılı şəkildə məlumat verməlidir. Məlumatda rnaşağıdakılar qeyd olunmalıdı:
rn
rn - praktikanın tarixləri
rn
rn - praktikanın keçiləcəyi klub
rn
rn - cavabdeh məşqçi
rn
rn - praktika keçəcəyi klubdan zəmanət məktubu
rn
rn Bütün praktikalar 2012-ci ilin mart ayının əvvəlinə qədər keçilmiş olmalıdır.
rn
rn  
rn
rn UEFA-nın qaydalarına uyğun olaraq, hər hansı iştirakçı kursdakı iştirakrn saatlarının 10%-dən artıq müddətində iştirak etməsə, avtomatik olaraq rnhəmin iştirakçıya lisenziya verilməyəcək.
rn
rn  
rn
rn 2011-ci ilin təqvimi aşağıdakı kimidi:
rn
rn 27 iyun – 2 iyul
rn
rn 1 avqust – 7 avqust
rn
rn 26 sentyabr – 8 oktyabr
rn
rn 15 noyabr – 19 noyabr
rn
rn 18 dekabr – 19 dekabr
rn
rn  
rn
rn Yerlər məhduddu. Sənədlərini tam şəkildə təqdim edən ilk 12 mütəxəssis kurslarda iştirak edə biləcək.
rn
rn  
rn
rn Qeyd edək ki, AFFA belə kursları təşkil etmək üçün UEFA-dan yenicə icazə alıb və bu, bir ilk olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail