HAVAYA sovrulan 2 000 000 avro - Emil Mpenza
Ötən il İsveçrədə ən yaxşı bombardirlərdən (21 qolla) olmuş forvardın Azərbaycan Premyer Liqasında adi futbolçuya çevrilməsinin səbələri maraq doğurmaya bilməz
rnrnMövsümün ən uğursuz transferlərindən biri Emil Mpenzadır, desək, yanılmarıq. Mövsümün startına az qalmış böyük səs-küy və təmtəraqla "Neftçi"yə transfer olunmuş belçikalıi forvard yeni komandasına fayda verə bilmir. Azərbaycana gələnədək Belçika millisinin oyunçusu sayılan (57 oyuna 19 qol vurub) Emil sanki bir vaxtlar ən səviyyəli yarışlarda qapıçılara qorxulu yuxular yaşadan Emil deyil.
rnrnEka Basunga Lokonda "Emile" Mpenzanın "Neftçi" üçün faydalı olmadığı haqda mübahisə etməyə dəyməz. Qaradərili hücumçunun uğursuzluğunun müxtəlif səbəbləri ola bilər. Bunu onun yaşı (iyulun 4-də 33 yaşı olacaq) və ya ölkəmizdəki stadionların meydanlarındakı ot örtüyü ilə də əlaqələndirmək olar. Olsun ki, Avropanın göbəyi sayılan Belçikada doğulan Emil ölkəmizə uyğunlaşmaqda da problem yaşayır. Amma bütün bunlar başlıca səbəb ola bilməz. "Ovçu" instinkti olan hücumçu keyfiyyətini birdəfəlik itirə bilməz. Mpenza karyerası boyu Belçikada, Almaniyada, İngiltərədə, İsveçrədə və hətta Qətərdə də top qovub, lakin heç vaxt belə uğursuz zolağa düşməyib.
rnrnGörünən odur ki, dırnağınadək peşəkar olan Mpenza Azərbaycan üçün uyğun futbolçu deyil. Görünür, belçikalı formada olmaq üçün avropa metodikası ilə məşq etməlidir. "Neftçi"nin hazırkı baş məşqçisi - gənc və təcrübəsiz Arif Əsədov isə hələ indi-indi sənətinin sirlərinə yiyələnir. Bunun məntiqi nəticəsidir ki, Mpenza komandanın məşqlərindən əlavə bəzən hətta gündə iki dəfə, əlavə olaraq, fərdi çalışır. Bəlkə elə məşq prosesinə müxtəlif yanaşma tərzinin nəticəsidir ki, Belçika millisi tək ayaqla oynaya-oynaya bizimkiləri darmadağın etməyə çətinlik çəkmir...
rnrnBelədə bir daha klublarımızın qeyri-peşəkarlığı haqda danışmalı oluruq. "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov klubunu dünyanın ən peşəkar qurumlarından biri kimi təqdim etməyə çalışsa da, müəyən faktlar onun adi sözbaz olduğunu üzə çıxarır. "Neftçi" necə peşəkardır ki, futbolçusuna əlavə - özü də gündə iki dəfə - məşq etməyə imkan verir? Məgər iki ilinə 2 milyon avro ayrılan futbolçunu nəzarətsiz qoymaq olarmı? Amma varlığa nə darlıq: neftimizin puludu - çoxdu, havaya sovrulsa da olar.
rnrnBir də peşəkarlıq, daha doğrusu qeyri-peşəkarlıq haqda, son sözlərimə qüvvət olaraq, əlavə edim ki, dünyanın heç bir peşəkar və ciddi klubu sadəcə ada görə futbolçuya bu qədər pul vermir. Özü də bugün-sabah Mpenzanın 33 yaşı olacaq. "Neftçi"nin peşəkarlıq nümunəsini, deyəsən, Asiyanın nefti zəngin ərəb ölkələrindən götürür və mənasız, yəni ömrü qısa piar üçün ad alır.
rnrnXƏZƏR HİKMƏT
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |