Arif Əsədov son olaylardab danışdı

03.12.2010 | 3522 dəfə oxunub

«Neftçi»nin baş məşqçisi Arif Əsədov son günlər klubun ətrafında baş verən olaylara münasibət bildirib. Əsədov klubun rəsmi saytına açıqlamasında bunları söyləyib: "Fərid Quliyevin transferə çıxarılmasını özüm istəmişəm. Milli komandamızın  şərəfini qoruyur, gəncdir, ancaq "Neftçi"də heyətə düşə bilmir. Quliyevin klubu tərk etməsi o demək deyil ki, digər oyunçularla da yollarımızı ayıracağıq. Premyer  Liqa uzun bir marafondur. Mən formada olan bütün futbolçulara şans verirəm. Hazırda "Neftçi"nin lider olması bizim doğru yolda olduğumuzu göstərir. Mətbuatda gedən yazıları izləyirəm. Rəşad Abdullayevin, Elmar Baxşiyevin, Amit Quluzadənin, Ruslan Əmircanovun komandanı tərk edə biləcəyini yazırlar. Bu oyunçular meydanda olduqları zaman bizə çox xeyirləri dəyir. Rəşad Abdullayev bu mövsüm öz çıxışı ilə komandanın ən aparıcı futbolçularından birinə çevrilib. Hətta ölkə mətbuatı onun niyə yığmaya dəvət edilməməsi ilə bağlı Berti Foqtsa yönələn suallar ünvanlayır. Elmar Baxşiyev klubumuzun vitse-kapitanıdır, düzdür,  hazırda o bəzi matçlarda ehtiyatda qalır. Lakin, Elmarın ehtiyatda qalması sırf taktika ilə bağlıdır. Ruslan Əmircanov məhz "Neftçi"dəki çıxışından sonra yığma komandaya dəvət alıb. Hazırda da bizim ona böyük ümidlərimiz var. Amit Quluzadəyə isə yetərincə gənc olmasına baxmayaraq, bir çox vacib matçlarda forma geyinmək şansı vermişik. Yəni komandamızın heyəti nə qədər geniş olarsa, mövsümün sonunda qızıl medalları qazanmaq şansımız daha da artmış olacaq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail