Boris Xetaqurov: "Məni bütün dünyaya Neftçi tanıdıb"-MÜSAHİBƏ

26.04.2011 | 5494 dəfə oxunub

rn Stadium.az sizi ölkəmizin ən tanınmış futbol həkimi Boris Xetaqurovun müsahibəsi ilə tanış edir.
rn
rn  
rn
rn Boris Xetaqurov 1964-cü ildə rnAzərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1963-2003-cü illərdə rn"Neftçi" klubunda çalışıb. Bundan başqa, 1992-2005-ci illərdə AFFA-da rnTibb Komitəsinin sədri və paralel olaraq, Azərbaycan milli komandasının rnhəkimi işləyib. Əmək fəaliyyətini "Qarabağ" (2004-cü il) və "Xəzər rnLənkəran"da (2005-2010-cu illər) davam etdirib. Xetaqurov Azərbaycanın rnəməkdar həkimi, idman tibbində yüksək kateqoriyalı həkim, "MDB rnölkələrinin İdman Həkimləri Birliyi"nin üzvüdür. O, 1985-ci ildə rnidmançıların fiziki işgüzarlığının artırılması vasitəsinin ixtirasına rngörə müəlliflik hüququnu alıb. 2008-ci ildə Almaniyada dünyaca məşhur rnhəkim olan professor Pfayferin Tibbi Mərkəzində idman həkimlərinin rndərəcəsinin artırılması kursunu bitirib. Xetaqurov O, FİFA və UEFA-nın, rneləcə də Almaniya, Türkiyə, Rusiya, İtaliya, Bolqarıstan, Slovakiya rnFutbol Federasiyalarının keçirdiyi tibbi simpoziumlarda, seminarlarda rniştirak edib.
rn
rn  
rn
rn Futbol matçları zamanı oyunçuların rntez-tez arzuolunmaz zədələrlə üzləşməsinin şahidi oluruq. Hətta son rnvaxtlar yaşıl meydanda ölüm halları da qeydə alınır. Belə mənzərələri rngördükdən sonra futbol həkiminin nə qədər vacib olduğu üzə çıxır. Futbolrn həkimi dedikdə, Azərbaycanda ilk ağıla gələn ad Boris Xetaqurov olur. rnAzərbaycan futbolunun yüzillik tarixinin yarısına canlı şahid olan rnXetaqurov çox tanınmış mütəxəssisdir. O, "Neftçi" klubunda fəaliyyətə rnbaşlayıb və düz 40 il burada çalışıb. Sonra müxtəlif səbəblərdən digər rnyerdə işləyən Xetaqurovun "Neftçi"siz günləri artıq bitib. Təcrübəli rnfutbol həkimi yenidən doğma ocağa qayıdıb və sevimli klubuna xidmət rngöstərir.
rn
rn  
rn
rn - Azərbaycanın ən tanınmış futbol həkiminin bu "sehrli oyun"a necə gəlməsi hər kəs üçün maraqlıdır.
rn
rn - Mən 1964-cü ildə Azərbaycan Dövlətrn Tibb İnstitunu müvəffəqiyyətlə bitirdim. İnstitutda oxuduğum zamandan rnidman tibbi ilə maraqlanırdım. Son iki kursda isə vaxtımı idman tibbini rnöyrənməyə həsr etdim. Rəhmətlik müəllimim, professor Kamal Axundovun rnrəhbərliyi altında idman tibbi ilə ciddi məşğul olmağa başladım. Tibb rninstitutunu bitirdikdə, mən azad təyinat diplomu aldım. Düzdür, o dövrdərn ali məktəbi bitirənlər təyinatla müxtəlif yerlərdə işlə təmin rnedilirdilər. Ancaq məndə azad təyinatlı diplom idi. Artıq hər kəs mənim rnidman tibbinə olan marağımı bilirdi. 1965-ci ildə elə oldu ki, rn"Neftçi"yə həkim lazım oldu. Klub rəhbərliyinə bu sahədə işləyə rnbiləcəyimi söylədim. Bununla da, 1965-ci ilin aprelində mənə doğma olan rn"Neftçi"də fəaliyyətə başladım.
rn
rn  
rn
rn - İlk fəaliyyətə başladığınız vaxt əsas komandada başqa hansı həkimlər çalışırdı?
rn
rn - Burada bir məqamı qeyd etmək rnyerinə düşər ki, mən "Neftçi"yə gəldikdə, əsas komandada deyil, rnəvəzedici heyətdə çalışmağa başladım. Həmin dövrlər "Neftçi"də əsas rnkomanda ilə əvəzedici heyət arasında fərq yox idi. Çünki o vaxt əsas rnkomanda ilə əvəzedicilər oyunlara birlikdə gedirdi. Hər iki komandanın rnməşqçiləri, həkimləri eyni idi. 1966-cı ilin yanvar ayından etibarən isərn mən əsas komandada fəaliyyətə başladım.
rn
rn  
rn
rn - Və komandada olduğunuz ilk ildə SSRİ çempionatının bürünc medallarını qazandınız.
rn
rn - Bəli. Demək olar ki, mənim ayağım rndüşərli oldu və futbolda işlədiyim ilk ildə medal qazandım. "Neftçi" rnhəmin mövsüm çox güclü idi. Demək olar ki, komandamız Azərbaycan yığmasırn idi. Bütün Sovetlər Birliyində Azərbaycanın idman şərəfini "Neftçi" rnqoruyurdu. Azərbaycanın ən istedadlı futbolçuları məhz "Neftçi"yə cəlb rnedilirdi, burada oynamaq üçün can atırdı. "Neftçi" köklü komanda rnolmasına, tarixinə görə Azərbaycan futbolunun flaqmanı hesab edilir. rnDüzdür indi bir çox peşəkar futbol klublarımız var, ancaq o dövrdə rnyalnız "Neftçi" komandası var idi. Ən yaxşı məşqçilər, ən yaxşı rnfutbolçular, ən yaxşı inzibati heyət məhz "Neftçi"də toplaşmışdı. Hətta orn zaman SSRİ-də ən yaxşı tibbi-bərpa mərkəzi "Neftçi"də yaradılmışdı. rnBunu hər kəs etiraf edirdi. "Dinamo" Kiyev, "Spartak" Moskva kimi rnaparıcı klublarda belə tibbi mərkəzlər yox idi. Həmin illərdə SSRİ-də rnbizdən danışırdılar. O zaman bizdə çox gözəl kollektiv formalaşmışdı. rnHeyətimizdə yüksək səviyyəli futbolçular yer alırdı. O günlərin canlı rnşahidi kimi onu deyə bilərəm ki, Bakıya gələn bütün rəqiblər ancaq rnuduzmamaq üçün səfərə çıxırdı. Bakıda keçirdiyimiz ev oyunlarında rntribunalar həmişə dolu olurdu, stadionda möhtəşəm atmosfer hökm sürürdü.rn O illərdən bir çox xoş xatirə qalıb. Bu günə qədər həmin oyunlarımızı, rnqələbələrimizi xatırlayıram. Məhz 1965-ci ildən sonra mən uzun illər - rn2003-cü ilə qədər "Neftçi"də çalışdım.
rn
rn  
rn
rn - Siz həm də uzun müddət futbol üzrə milli komandamızın əsas həkimi olmusunuz. Yığmaya gəlişiniz necə alındı?
rn
rn - Azərbaycan Futbol Federasiyaları rnAssosiasiyası təşkil edildikdən sonra rəhbərlik ilk gündən məni yığmada rnişləməyə dəvət etdi. Həmin vaxtdan etibarən yığmamıza xidmət etməyə rnbaşladım. Həmçinin mən AFFA-nın Tibbi Komitəsinin sədri vəzifəsini rndaşıyırdım. 2005-ci ildə isə uzun müddət yığmada çalışdıqdan sonra məni rn"Xəzər Lənkəran" klubuna dəvət etdilər. Və mən orada işə başladım.
rn
rn  
rn
rn - Bəs sizin məhz tibb sahəsini seçmənizə təsir edən hansısa ailm olubmu?
rn
rn - Mənim bütün ailəm bu sahəni seçib.rn Belə ailədə böyüyüb, bu sahəni seçməmək, mümkün deyildi. Mənim atam rnBakının ən böyük xəstaxanalarından birində baş həkim kimi çalışırdı. rnHəyat yoldaşım da həkimdir. Həmçinin bacım da məhz tibb sahəsində rnçalışır. Hətta mənim yaxın qohumlarımın əksəriyyəti tibb sahəsi ilə rnbilavasitə bağlı adamlardır. Görürsünüz ki, onların içərisində yalnız rnmən idman tibbini seçmişəm.
rn
rn  
rn
rn - Uzun illərdi futbol rnsahəsində çalışırsınız. Yəqin ki, arxada qalan illər ərzində rnkaryeranızda hansısa yaddaqalan hadisə baş verib...
rn
rn - Mən bu sahə seçəndə bilirdim ki, rngözlənilməz hadisələrlə qarşılaşa bilərəm. Ancaq bir müddət işlədikdən rnsonra qarşıma çıxan bütün hadisələr mənim üçün gözlənilən oldu. Ancaq rnbir hadisəni indiyədək unutmamışam. 1966-cı ildə Daşkənddə yerli rn"Paxtakor"la oynayırdıq. Onda "Neftçi"nin heyətində Vyaçeslav Şexov adlırn qapıçı forma geyirdi. Matçın gedişində Şexov ciddi zədə alaraq, yaşıl rnmeydanda uzanıb qaldı. Mən komandaya yeni gələn gənc həkim kimi rnqolkiperin zədəsini gördükdə şoka düşdüm - Şexovun kəllə sümüyü rnsınmışdı. Bu mənim futbolda rastlaşdığım ilk ciddi zədə idi. Sonradan rnonu xeyli müddət müalicə etməli olduq. Bəlkə də indi futbolda belə bir rnzədə olsa, daha tez bir vaxta futbolçunu müalicə etmək olar. Ancaq o rndövrdə idman tibbi yalnız o qədər inkişaf etmişdi.
rn
rn  
rn
rn - "Neftçi"yə ikinci dönüşünüz necə baş tutdu?
rn
rn - 2010-cu ildə ailə vəziyyətimlə rnəlaqədar "Xəzər Lənkəran"dan ayrıldım. Düzdür, oradan getdikdən sonra rnbir çox klubdan təklif almışdım. Təbii ki, mənim üçün ən vacib təklif rndoğma "Neftçi"dən gəldi. Mən həmin dəqiqə, düşünmədən razılıq verdim. rnÇünki məni bütün dünyaya futbol həkimi kimi tanıdan məhz "Neftçi" olub. rn1965-ci ilə flaqmanda işə başlamışam və bundan sonrakı karyeramı öz rnklubuma həsr etmək istəyirəm. İstəyirəm ki, "Neftçi"də Avropanın ən rnmüasir reabilitasiya mərkəzlərindən biri fəaliyyət göstərsin. Bunun üçünrn başda klub prezidenti Sadıq Sadıqov olmaqla, rəhbərlik lazım olan hər rnşeyi etməyə hazırdır. Mən klub prezidentinə öz gələcək planlarımı rndanışdım. Klub prezidenti Sadıq Sadıqov mənim bütün fikirlərimə dəstək rnverdiyini açıqladı və tezliklə işə başlamağımı tövsiyə etdi. Budur artıqrn doğma "Neftçi"dəyəm. İnanıram ki, yaxın zamanda "Neftçi"də rnyaradacağımız reabilitasiya mərkəzi haqqında bütün Avropada rndanışacaqlar. Bunun üçün lazımi təcrübəyə malikəm. Almaniyanın rnLeverkuzen şəhərində idman həkimlərinin ali kursunu müvəffəqiyyətlə rnbitirmişəm. FİFA-nın sabiq prezidenti Joao Avelanjın imzası ilə verilən rnən yüksək səviyyəli sertifikata malikəm.
rn
rn  
rn
rn - Cənab Xetaqurov, hazırda Azərbaycanda idman tibbinin səviyyəsini necə qiymətləndirərdiniz?
rn
rn - Mən tez-tez xaricə idman tibbi ilərn bağlı seminarlara, kurslara və digər tədbirlərə yollanıram. Müasir rnidman tibbində baş verənlərdən, yeniliklərdən xəbərdar olmaq üçün bu çoxrn vacibdir. Düzdür, biz müstəqilliyimizi qazandığımız ilk illərdə rnfutbolumuzda durğunluq dövrü başladı. Bunun da təbii ki, idman tibbinə rnböyük təsiri oldu. Sovetlər Birliyində hər şey Moskvadan asılı olduğu rnüçün biz müstəqillik qazandıqdan sonra çox çətinlik çəkdik. Ancaq nəzərərn almaq lazımdır ki, həmin müddətdə xaricdə bu sahə durmadan inkişaf rnedirdi. Deməli, bizim üçün əsas məqam qısa vaxtda onlara çatmaq idi. rnBizdə də idman tibbi sahəsində müəyyən işlər görülürdü. Lakin bu yetərlirn deyildi. İndi isə artıq elə deyil! Çünki son illər Azərbaycan futbolu rnilə paralel olaraq, ölkəmizin idman tibbi də sürətlə inkişaf edir. İndi rnbiz bu sahədə MDB-nin bir çox ölkələrini arxada qoyuruq. Mən düşünürəm rnki, futbolda tibbin inkişaf etdirilməsi üçün həkimlərlə yanaşı, rnkomandanın digər tibbi personalı- fizioterapevti, massajçıları da rnkurslara yollanmalıdır. Gələcəkdə bütün bunları həyata keçirmək rnəzmindəyik. (Neftçi jurnalı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail