Kanalesi bağlayan klublar da var

25.02.2013 | 5608 dəfə oxunub

“Neftçi”nin hücumçusu Nikolas Kanales Topaz Premyer Liqanın təsnifat mərhələsinin 21-ci turunun “İnter”ə qarşı keçirilən oyununda daha bir qol vurmaqla bombardirlər siyahısında liderliyini gücləndirdi. Stadium.az xəbər verir ki, aktivində  20 qolu olan çilili oyunçu bu qolları çempionatın geridə qalan 21 matçının 14-də vurub.

Kanales ən çox “Sumqayıt”a 8:1 hesabı ilə qalib gəldikləri oyunda fərqlənib – 4 qol. Ümumilikdə, çilili futbolçu bu komandayla hər iki qaşılaşmada fərqlənib.

Kanalesin qol vurduğu Azərbaycanın Premyer Liqasında yarışan komandalar bunlardır:

AZAL – 2 qol (hər ikisi bir oyunda)

“Xəzər Lənkəran” – 2 qol (hər iki oyunda 1 qol)

“Sumqayıt” – 5 qol (bir oyunda 1, başqa bir oyunda 4 qol)

“Kəpəz” – 3 qol (bir oyunda 1 , başqa bir oyunda 2 qol)

“Simurq” – 3 qol (bir oyunda 2, başqa oyunda 1 qol )

“Qəbələ” – 1 qol

“Bakı” – 1 qol

“Rəvan” – 1 qol

“İnter” – 2 qol (hər oyunda bir qol)

Siyahıdan da göründüyü kimi, Kanales Azərbaycan Premyer Liqasında “Neftçi”yə rəqib olan 11 komandadan 9-nu qol vurub. Bu siyahıda yalnız “Qarabağ” və “Turan” yoxdur.

Topaz Premyer Liqanın təsnifat mərhələsində “Qarabağ”la iki dəfə üz-üzə gəlsə də, nə Kanales, nə də onun komandası “Neftçi” qol vura bilib. Ümumiyyətlə, “Neftçi” bu mövsüm Ağdam təmsilçisi ilə hər iki oyunda uduzub. Kanales Tovuzun “Turan” komandasına da qol vura bilməyib. Amma təsnifat mərhələsinin son oyununda “Neftçi”nin məhz “Turan”la qarşılaşacağını nəzərə alsaq, 28 yaşlı çilili hücumçunun qol vuracağı istisna deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail