«İnter»də qruplaşma olduğu təsdiqləndi: «…komanda iki yerə bölünüb» EKSKLUZIV

05.12.2010 | 3964 dəfə oxunub

Bakının «İnter» klubu son 5 turda uğursuz çıxışı ilə yadda qaldı. Kaxaber Tsxadadzenin komandası son 5 oyunun 2-də «Muğan» və «Qarabağ»a məğlub oldu, «Neftçi» və «Qəbələ»ylə bərabərə qalan «bankirlər»in gücü yalnız zəif «Turan»a çatdı. Bu uğursuzluğun səbəbi nədədir? Bunu dəqiqləşdirmək üçün komandanın futbolçularıyla danışmaq istədik. Ancaq məsələyə aydınlıq gətirmək istəyən tapılmadı. Yalnız bir istisna ilə. Belə ki, adının açıqlanmasını istəməyən legionerlərdən birinin sözlərinə görə, uğursuzluqda iki səbəb var: «Bilirsiz necədi, artıq komanda iki yerə bölünüb. Komandada prezident Nikolovun və baş məşqçi Tsxadadzenin tərəfdarları var. Məşqçi gürcüləri, prezident də bolqarları dəstəkləyir. Qalanları isə onların ətrafında toplaşıb. Üstəlik komandada maliyyə problemi də var. Şəxsən mən bir neçə aydır ki, aylıq pulumu tam olaraq ala bilmirəm. Mənim kimi bir çox futbolçu da var. Bütün bunlar uğursuzluğa gətirib çıxarır. Başqa bir məsələ də var ki, bu da baş məşqçiylə bağlıdı. Gürcü məşqçi artıq komanda üzərindəki konsentrasiyasını itirib. Məncə əsas problem də budur».

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail