"Xəzər Lənkəran" Avropa Liqasında!

02.05.2011 | 5692 dəfə oxunub

Azərbaycanı 2011-2012-ci il mövsümündə Avropa kuboklarında təmsil edəcək 4 klubdan 2-si müəyyənləşib. Stadium.az-ın məlumatına görə, vaxtından əvvəl qızıl medalları təmin etmiş "Neftçi" Çempionlar Liqasında mübarizə aparacaq. 

Çempion mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. "Xəzər Lənkəran" isə Avropa Liqasında yarışacaq. Hazırda ikinci pillədə olan Lənkəran komandası qalan 3 turda ən pis halda üçüncü pilləyə enə bilər. Bu isə o deməkdir ki, "ağ-yaşıllar" çempionluq əldə etdikləri 2006-2007-ci il mövsümündən sonra ilk dəfə mövsümü mükafatla başa vuracaqlar. 
rnHələlik "Xəzər Lənkəran"ın Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayacağı dəqiqdir. Lakin tarixində 3-cü dəfə Azərbaycan Kubokunu qazanacağı təqdirdə, Mirça Rednikin komandası Avroliqanın ikinci təsnifat mərhələsindən etibarən ilk görüşünə çıxacaq.
rn 
rnQalan 2 vəsiqəyə 4 klub - "Qarabağ", "Bakı", "İnter" və AZAL iddialıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail