Rşad Sadiqov Araz Abdullayevin müdafiəsinə qalxdı MÜSAHİBƏ

31.03.2013 | 15668 dəfə oxunub

"Neftçi"nin kapitanı Rəşad Sadiqovun Stadium.az saytına müsahibəsi:

- "İnter"lə oyun barədə nə deyərdin?

- Son zamanlar "İnter"lə oyunlarımız olduqca maraqlı keçir. Elə bu dəfə də elə oldu. Amma biz bu dəfə də subut etdik ki, "İnter"dən güclüyük. Həmişə olduğu kimi yenə də komanda oyunu sərgiləyərək istədiyimizə nail olduq. Düzünə qalsa bu oyuna çempionluq qarşılaşması kimi baxırdıq. Axı uduzsaydıq ikinci pilləyə düşürdük. Buna görə də qələbə qazanmaq vacib idi. Komanda da bunu bacardı və ən yaxın izləyicimizi məğlub edib aradakı xal fərqini dördə yüksəltdik.

- Amma qırmızı vərəqə aldın...

- Futboldur, futbolun içində belə hallar yaşanır. Bəzən elə olur ki, emosiyaları cilovlamaq olmur, bəzən də elə olur ki, bilmədən kobud oynayırsan. Amma komanda yoldaşlarıma təşəkkür edirəm ki, meydanda mənim yoxluğumu hiss etdirmədilər.

- Amma komandaya zərbə də dəyə bilərdi...

- Heç bir futbolçu bilərəkdən qırmızı vərəqə alıb komandasını pis vəziyyətdə qoymaz. Yenə deyirəm, futboldur da. Tam səmimi deyim ki, hakimə də heç bir etirazım yoxdur. Hava bir qədər soyuq idi, elə bil ki keyimişdim. Hər iki epizodda hakim düzgün qərar verdi. Topa oynamaq istəyirdim, amma bir az gecikdim və ayağa oynamalı oldum. Heç meydandan çıxanda da hakimə etiraz etmədim.

- Bu qələbə sayəsində komandanız çempionluğa bir qədər də yaxınlaşdı Artıq çempionluğu həll etdiyinizi demək olar?

- Yox, mən bununla razı deyiləm. Hələ qarşıda 8 tur qalıb, amma mən əminəm ki, çempion olcağıq. Çünki hazırda "Neftçi" ən güclüdür. İndidən çempion olduğumuz barədə düşünsək, sonra bu bizə baha başa gələ bilər. Yaxşısı budur, hər turdan sonra çempionluğa bir addım da yaxınlaşdığımızı düşünək.

- Komanda yoldaşın Araz Abdullayevin başına gələn bədbəxt hadisə barədə nə deyə bilərsən?

- Araz komandamızın gənc və perespektivli futbolçusudur. Onun başına gələn hadisəyə bütün komanda üzvləri, eləcə də mən üzülürəm. Allah onun köməyi olsun. Hamımız bilirik ki, Araz bu qəzanı bilərəkdən törətməyib, sadəcə bir bədbəxt hadisədir. Biz sona kimi Arazın yanındayıq. Çalışacağıq ki, Arazl bu psixoloji durumdan çıxardaq, onu itirmək olmaz. Yenə deyirəm, Araz bunu bilərəkdən etməyib. Allahın qismətidir də, ölən insanın da taleyi yəqin bura kimiymiş də. Sadəcə bu olayı böyüdərək Araz Abdullayev barədə pis düşüncələrini ortaya qoyan insanlara demək istəyirəm ki, başlarına gələr, onlar da bunun nə olduğunu bilərlər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail