İspaniyalılardan ”Xəzər Lənkəran”da ilk qol

02.04.2013 | 4387 dəfə oxunub

Alvaro Silva “Xəzər Lənkəran”ın tarixində qol sevinci yaşayan ilk ispaniyalı olub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda qol hesabını açan müdafiəçiyədək onun heç bir həmyerlisi komandanın heyətində qol sevinci yaşamamışdı.
 
Ümumilikdə isə Alvaro klub tarixində rəqib qapısına yol tapan 81-ci futbolçu oldu. Bu 81 oyunçudan başqa daha 7 rəqib futbolçu öz qapısına qol vurub. “Xəzər Lənkəran”ın qol vuran oyunçularına gəlincə isə onların 29-u yerli, 52-si əcnəbi futbolçudur. Milliləşənləri də nəzərə almaqla ilk ispaniyalıya qədər fərqlənən 51 legioner 21 ölkəni təmsil edirdi: Rumıniya – 12, Braziliya – 8, Türkiyə - 5, Bolqarıstan – 4, Portuqaliya, Kosta Rika, Argentina, Albaniya, Serbiya – hərəsindən 2, Nigeriya, Moldova, Mali, Kolumbiya, Honduras, Fransa, Fil Dişi Sahili, Almaniya, Xorvatiya, Sloveniya, Syerra Leone, Yunanıstan – hərəsindən 1. İspaniya bu siyahıda 22-ci ölkə oldu.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”da qol vuran 81 oyunçudan 74-ü Premyer Liqa matçlarında fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail