Nazim Süleymanov:" Bəzi oyunçular sona kimi mübarizə aparmırdı"

07.05.2011 | 5711 dəfə oxunub

AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 30-cu turunun “Bakı” ilə oyununu şərh edib. Stadium.az xəbər verir ki, səfər oyununda 1:2 hesablı məğlubiyyətlə üzləşən “təyyarəçilər”in çalışdırıcısı bunları dilə gətirib:

“Bugünkü oyunda 3 xal bizə daha vacib idi, nəinki "Bakı"ya. Təəssüf ki, bu gün biz məğlub olduq. Bəzi futbolçuların oyun intizamını pozması nəticəsində çox böyük səhvlər buraxdıq, məğlub olduq. "Bakı" da çox yaxşı komandadı, futbolçuları peşəkardı. Baxmayaraq ki, ilk altılıqda aşağı sırada gedirlər. Həm "Bakı" klubunu, həm də baş məşqçisini qələbə münasibəti ilə təbrik edirəm. İstərdim ki, futbolçularım sırf peşəkar olsunlar, özlərini oyuna tam versinlər. Bəzi oyunçularımız var idi ki, sona kimi mübarizə aparmırdılar. Sanki, onların çemodanları da hazırdı. Təəssüf edirəm ki, son oyunlarda heç cür qələbə qazana bilmirik. Amma bizim hələ şansımız qalır, ona görə də mübarizəmizi davam etdirəcəyik”.

Elmar ƏLİZADƏ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail