Çempionlar sülhə razılaşdı

08.05.2011 | 6097 dəfə oxunub

Bu gün Premyer Liqanın 30-cu turunun oyunlarına yekun vurulub. Stadium.az xəbər verir ki, hesabat turunun ikinci oyun günündə də 3 qarşılaşma baş tutub.

Son oyun günü “Muğan” – “Gəncə” dueli ilə start götürüb. Meydan sahibləri bu görüşdən 3 xalla ayrılmağı bacarıblar. Yeni çempion “Neftçi” köhnə çempion “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Lakin kifayət qədər sönük keçən qarşılaşmada qol vurulmayınca, tərəflər sülhə razılaşıb. “Qəbələ” isə bu günlərdə Naci Şensoyla yollarını ayıran “Turan”ı qəbul edib və rəqibi üzərində minimal hesablı qələbəyə sevinib.

Premyer Liqa
30-cu tur

8 may

MUĞAN - GƏNCƏ - 2:1
Qol: Miloş Zeçeviç, 2-pen. (1:0), A.Qutyerres, 12 (2:0), E.Hodziç, 34 (2:1).

NEFTÇİ - İNTER - 0:0

QƏBƏLƏ - TURAN - 1:0
Qol: Yaşar Abuzərov, 14 (1:0)

Qeyd edək ki, turun digər oyunları dünən keçirilmişdi: Bakı – AZAL – 2:1, MOİK – Simurq – 1:0, Xəzər Lənkəran – Qarabağ – 1:1.

Elmar ƏLİZADƏ
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail