BİABIRÇILIQ: Respublika stadionunda SSRİ-nin rəmzini kim yaşadır?

08.12.2010 | 4185 dəfə oxunub

Tofiq Bəhramov adına Respublika Stadionu - heç şübhəsiz ölkənin bir nömrəli arenasıdı. Hələ ki, Azərbaycanda bu stadiondan yaxşısı yoxdu. Söhbət strukturdan yox, arenadan gedir. Stadion barədə qısa məlumat da verək. Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 oktyabrında keçirilib. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarımçıq qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan "S" (Stalin) hərfini xatırladır. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayından sonra stadion Leninin adını daşıyıb. Amma 90-cı illərdə - dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb.
Stadionun adı bir neçə dəyişib, təmir olunub. Amma bir şey yaddan çıxıb, həmişə. Bu da Respublika stadionun önündə, ən hündür zirvədə hələ də qalan SSRİ-nın gerbidi. Yuxarıda şəkildə də gördüyünüz kimi, nədənsə stadion rəhbərliyi SSRİ-nin gerbini hələ də əbədiləşdirir və ona hörmət bəsləyir. niyə? Bu sualı stadionun direktoru Akif İsmayılova da verəcəyik?
Bu, təəssüfdən başqa nəyləsə ifadə oluna bilməz. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail