Quzanlı stadionu "Qarabağ" – "Neftçı" matçına hazırdı-FOTO

12.05.2011 | 5669 dəfə oxunub

“Qarabağ” Premyer Liqanın 31-ci turunda “Neftçi”ni qəbul edəcək. Stadium.az xəbər verir ki, Ağdam klubu cari mövsümdə baş tutacaq sonuncu ev oyununu Ağdamda, Quzanlı Olimpiya kompleksinin stadionunda keçirəcək.
 
Artıq Ağdamın müvəqqəti inzibati mərkəzi sayılan Quzanlıda oyunla bağlı işlər tamamlanaraq stadion hazır vəziyyətə gətirilib. “Qarabağ”ın 1 qrup nümayəndəsi artıq 1 həftəyə yaxındı ki, Quzanlıda məskunlaşıb. Olimpiya kompleksinin meydançasında yenidən bərpa işləri aparılıb, ot örtüyü təmamilə dəyişdirilib. Suraxanı qəsəbə stadionunda ölkənin ən yaxşı qazonunu formalaşdıran heyət Ağdamda eyni işləri müvəfəqiyyətlə yerinə yetirib. Artıq Ağdam və ətraf kəndlərə, Bərdəyə “Qarabağ” – “Neftçi” oyunuyla bağlı afişalar vurulub. Oyuna maraq yetərincədi. Matçın Azərbaycan derbisi  olması da ajiotaja əlavə rəng qatır. Oyun günü tribunaların tam dolması gözlənilir. Hazırda hava şəraiti də ideala yaxındı. Son günlər hava şəraiti qeyri-qənaətbəxş olsa da, bu gün Quzanlıda günəşli hava şəraiti hökm sürüb. Təxminən 30 dərəcəlik hava hərarəti qəsəbədə  pozitiv mühit yaradıb. Üstəlik, oyunla bağlı maraqlananlar stadiona gəlib göz oxşayan mənzərəni görüb, səbirsizliklə futbolu gözləyirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail