“Futbolçular baş məşqçi üçün oynamırlar”

12.05.2011 | 4868 dəfə oxunub

AZAL klubunun baş məşqçisi Nazim Süleymanovun müsahibəsi:

- Sabah premyer-liqada komandanız "İnter"lə qarşılaşır. Bu oyun sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

- Mövsümün bütün oyunları bizim üçün əhəmiyyətli olub. Komandamız xüsusi oyunlar seçməyib. Ona görə də, "İnter"lə matçda uğur qazanmağı planlaşdırırıq.

- Bu matçın əhəmiyyətini Avropa kuboklarına getmək baxımından vurğulayırıq...

- Əlbəttə, bu matç 4-cü pilləni tutmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Amma bu, hələ Avropa kuboklarına vəsiqə qazanmaq demək deyil. Bundan sonra, mayın 24-nü gözləməliyik. Çünki 4-cü yeri tutsaq, Avropa Liqasında oynamağımız üçün ölkə kubokunun qalibinin hansı komanda olması da vacibdir. Rəqibimiz "İnter" də vəziyyəti yaxşı başa düşür. Onlar da qələbəyə oynayıb, dördüncü pilləni tutmağı planlaşdırırlar. 

- Premyer-liqanın son turunda "Bakı" ilə matçdan sonra konkret ad çəkməsəniz də, oyunçulardan narazı qaldığınız bildirdiniz.

- Futbolçular baş məşqçi üçün oynamırlar. Onların klubla müqaviləsi var. Müqavilələri başa çatanadək bu razılaşmanı yerinə yetirməlidirlər. Futbolçular klubun və özlərinin imicləri üçün meydana çıxıb vuruşmalıdırlar. Nədənsə, Azərbaycanda belə fikir formalaşıb ki, futbolçular məşqçi üçün oynayırlar.

- Son oyunlardakı uğursuzluqdan sonra futbolçularla ciddi söhbət olubmu?

- Hər matçdan sonra onlarla danışığımız olur. Futbolçular özləri hər şeyi yaxşı başa düşürlər. Rəhbərlik bizim qarşımızda vəzifə qoyub. Onu yerinə yetirməyə çalışırıq. Ümid edirik ki, sonda istəyimizi reallaşdıracağıq.

- Mövsümün sonunda bəzi futbolçularla yollarınızı ayırmağınız mümkündürmü?

- Bu barədə danışmaq tezdir. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək.

futbol365.az saytı


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail