Aleksandr Starkov: “Dəvət edəcəyim futbolçular “Bakı”nın heyətindəkilərdən güclü olacaq”

12.05.2011 | 6578 dəfə oxunub

"Bakı"nın baş məşqçisi Aleksandr Starkovun müsahibəsi:

- "Bakı"dan hələ ötən ilin yayında təklif almışdınızmı?

- Bəli. O vaxt mən bu təklifdən imtina etmişdim. Çünki "Skonto"ya başçılıq edirdim. Latviyada çempionat yaz-payız sistemi üzrə keçirilir və "Bakı"dan təklif alan zaman mövsümün yarısı idi. Bu amil imtina etməyimdə əsas rolu oynadı. Mövsüm başa çatdıqdan sonra biz əməkdaşlıq etməyə qərar verdik.

- "Bakı" daima yüksək yerlər uğrunda mübarizə aparır. Siz klubu qəbul edəndə komanda hansı vəziyyətdə idi?

- Komandanı yanvarın 15-də qəbul etdim. Düzdür, biz qarşıya qoyulan məqsədlərə çata bilmədik. Artıq indi komanda haqqında bir söz deyə bilərəm. O vaxt mövsümün ortası olduğundan ciddi qərarlar qəbul etmək çox çətin idi. Arxada qalan üç ay ərzində mən Azərbaycan çempionatı ilə yaxından tanış oldum və futbolçuların ustalığına bələd oldum. Hansı addımlar atacağımı müəyyən etmişəm.

- Çoxmu dəyişikliklər edəcəksiniz?

- Dəyişiklər olacaq. Amma çox və az olacağını indi deyə bilməyəcəyəm.

- Sizdə yeni komanda formalaşdıracaqsınız? Bizdə yeni təyin olunan məşqçilər dərhal heyətdə böyük dəyişiklərə əl atırlar.

- Yanvarda gözübağlı dəyişikliklər edə bilərdim. Amma bu səhvlərlə nəticələnərdi. Əlbəttə, dəyişikliklər olacaq və bunlar lazımi səviyyədə aparılacaq. Hansı futbolçuların Azərbaycanda oynaya biləcəyini müəyyən etmişəm. Etiraf edim ki, ölkə futbolunuzun səviyyəsi çox yüksəkdir. Bütün bunlar bizi dəqiq addımlar atmağa vadar edir. Səhvə yol verə bilmərik. 

- Bəs, niyə klublarımız Avropa kuboklarında uğur əldə edə bilmirlər? Maddi cəhətdən hər cür şərait var, amma nəticə yoxdur.

- Niyə, belə düşünürsünüz? Məncə, nəticələr yaxşıdır. "Qarabağ" üç mərhələ keçib Dortmund "Borussiya"sına uduzur. Bu, böyük uğurdur. Avropa kuboklarında çıxış edən bütün klubların uğur qazanması real deyil. 

- Çoxları Starkovun "Bakı"ya həmyerlilərini dəvət edəcəyini düşünür. Komandada latviyalı futbolçuları görə biləcəyikmi?

- Əlbəttə, dəvət edəcəyəm. Mən qışda Tsaunyanı "Bakı"ya gətirmək istəyirdim. Amma o, MOİK-ə keçdi. Latviyada çox futbolçu var ki, onu öz komandamda görmək istərdim. Lakin transfer məsələsində bir çox amillər rol oynayır. Futbolçular daha iddialı və perspektiv vəd edən komandalara üstünlük verirlər. Dəvət edəcəyim futbolçuların hazırda "Bakı"nın heyətində olan oyunçulardan güclü olacaqlarına əminəm. 

- Latış futbolunda atletizmə üstünlük verirlər. Ölkəmizdə stadionların vəziyyəti yaxşı olmadığından daha çox fiziki cəhətdən güclü futbolçuların dəvət olunması önə çəkilir. Seçiminizdə bu amil rol oynayacaqmı?

- Müasir futbolda texnikalı və atletik söhbəti yoxdur. Bütün amillər bir-birini tamamlayanda futbolçudan arzulanın oyunu ala bilirsən. Məsələn, "Skonto"da çıxış edən braziliyalı hücumçu mənim çox xoşuma gəlir. Texnikalı futbolçu olan Junior ötən mövsüm Latviyada ilin ən yaxşısı seçilib. Bu hücumçu da çətin hava şəraitində oynayır. Amma futbolçuda istək olmalıdır. Bundan əlavə, "Qarabağ"da çıxış edən Əfran İsmayılovu misal göstərmək olar. O, fiziki cəhətdən və sürət baxımından çox güclü deyil. Əvəzində mübarizələrdə uduzmur və döyüşkəndir.
Meydança amili oyun keyfiyyətində böyük rol oynayır. Aprel və may aylarında biz bunun şahidi olduq. Təbii örtüklü meydançalarda keçirilən matçlar daha baxımlı alındı. "Qarabağ"ın, "Xəzər Lənkəran"ın stadionlarında biz futbolçuların ifasında maraqlı oyunları izlədik.

- Elvin Məmmədovun artıq "Bakı"ya keçəcəyi təsdiqlənib...

- Mən komandamın məşqində Elvin Məmmədovu görmədim. Deməli, hazırkı məqamda Elvinin bizim komandada olmadığını deyə bilərəm.

- Onun haqda sizdə məlumat varmı?

- Əlbəttə. Mən Azərbaycan futbolu ilə çox yaxşı tanış olmuşam. Çox futbolçu haqqında mənim informasiyam var. Düzdür, sizin qədər çox şeyi ətraflı bilməsəm də, lazımi məlumatlara malikəm.

- Baş məşqçi olmaqla yanaşı "Bakı"da yeni futbolçuların yetişdirilməsində məsləhətlər verəcəksinizmi?

- Hər klubun öz siyasəti var. "Bakı" futbol klubu optimal variant kimi göstərilə bilər. Burada əla şəraitə malik baza var. Əsas heyətlə yanaşı uşaq-gənclər komandası üçün şərait idealdır. Əlbəttə, klubun aparıcı futbolçuları ilə uşaqlar arasında körpü olmalıdır. Mən əvəzedici heyətin məşqçiləri ilə mütəmadi ünsiyyət saxlayıram. Əsas komanda ilə əvəzedicilərin birlikdə məşqini təşkil edirik. Bütün bunlar gəncləri hazırlığının yüksəldilməsi üçün edilir.

- Latviya yığmasına da başçılıq edirsiniz. "Bakı"nın rəhbərliyi buna qarşı deyil ki?

- Latviya Futbol Federasiyası ilə müqaviləmin müddəti seçmə mərhələnin sonunda başa çatacaq. Bundan sonra nə olacağını bilmirəm. "Bakı" ilə müqavilə bağlayarkən, klub rəhbərliyi yığmada işləməyimin problem olmadığını söylədi.

- FİFA-nın Latviya - Boliviya yoldaşlıq matçının nəticəsinin ləğv etməsindən xəbəriniz var. Həmin oyunda nə baş verirdi?

- Bunlar çox təəssüfedicidir. Mən məşqçiyəm, komandamı Boliviya ilə oyuna çıxarmışdım. Gərgin oyun keçdi və 2:1 hesabı ilə qələbə qazandıq. Heç kimlə danışıqlar olmamışdı. Bəli, hər üç qol penalti zərbəsindən vuruldu. Amma 11 metrlik cərimə zərbələrinin bilərəkdən və ya süni şəkildə təyin olunduğunu deyə bilmərəm. Oyunda bir çox tanınmış futbolçular çıxış edirdilər. Ona görə də, belə söhbətlərin ortaya atılması çox üzücüdür.

- "Neftçi" çempionluğa layiq idimi?

- Hər şeyi turnir cədvəli sübut edir. Əgər "Neftçi" birinci pillədə qərar tutubsa, deməli buna layiqdir. Burada zövq məsələsi var. Ola bilər ki, kiminsə "Neftçi"dən xoşu gəlsin və ya əksinə. İzlədiyim dövrdə klublarınızda sabitliyin çatışmadığını deyə bilərəm. Hərdən "Xəzər Lənkəran", hərdən "Qarabağ", hərdən "Neftçi" yaxşı oyun nümayiş etdirir. AZAL klubunu da qeyd etmək istəyirəm. Nazim Süleymanovun təşkil etdiyi komandanı çox bəyəndim. "İnter" "Birlik kuboku"nda çox yaxşı oyun nümayiş etdirsə də, sonradan onlarda eniş hiss olunurdu. İkinci "altılıq"da yer alan "Muğan"ın iki oyununu izlədim və bu komanda çox xoşuma gəldi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail