Hafiz Məmmədovun sərvəti 1 milyard dolları keçib

24.06.2013 | 8691 dəfə oxunub

Xəbər verdiyimiz kimi, “Bakı” klubunun və “Baghlan” şirkətlər qrupunun rəhbəri Hafiz Məmmədov Fransanın “Lans” klubunu almaq üçün danışıqlara davam edirdi.  Stadium.az xəbər verir ki, bnun üçün Məmmədov Fransaya təkliflərini də aparmışdı. Fransa mətbuatı artıq bununla bağlı məlumat yayıb. 
Məlumata görə, “Lans” klubunun yaxın vaxtlarda azərbaycanlı iş adamının nəzarətinə keçəcəyi dəqiqləşib. Belə ki, iyulun əvvəlindən “Lans” klubu bütövlükdə Hafiz Məmmədovun mülkiyyətinə keçəcək. 

Bundan əlavə adıçəkilən portal bir maraqlı məqamı da qeyd edib. Portal xəbər verir ki, Hafiz Məmmədov İngiltərə çempionatında olan bəzi klubları da maraq dairəsinə əlavə edib.

Bundan başqa Fransanın “Ekip” jurnalı da Hafiz Məmmədovla bağlı maraqlı məqama toxunub. Jurnalda “Baglan Qrup”un rəhbərinin sərvəti 1 milyard avrodan çox göstərilib. Jurnal azərbaycanlı iş adamını neft – qaz və nəqliyyat sahəsində fəaliyyət göstərən uğurlu iş adamı kimi də təqdim edib.
Göstərilən bütün məlumatları dəqiqləşdirmək üçün Hafiz Məmmədovun prezidenti olduğu “Bakı” klubunun mətbuat xidməti ilə əlaqə saxladıq. Klubun rəsmisi bununla bağlı nəsə demək haqlarının olmadığını bildirdi.

Daha sonra “Baghlan” Şirkətlər qrupunun Baş ofisinə zəng etdik. Şirkətdən Hafiz Məmmədovun burada olmadığını və cavab vermək ixtiyarlarının olmadığı söylədilər:

“Düzdür? Hafiz Məmmədov “Lans” klubunun təsislərini almaq çalışır. Amma bunun nə vaxt reallaşacağından xəbərimiz yoxdur. Yazılan xəbər haqqında nə isə deməyə ixtiyarımız yoxdur. Hazırda Hafiz müəllim şirkətdə deyil. Onun özü olmadığı zaman köməkçilərindən cavab ala bilərdiniz. Ancaq onlar da hazırda şirkətdə deyil”. 

publika.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail