"Neftçi"-"Xəzər Lənkəran" derbisinin vaxtı açıqlandı

16.05.2011 | 4860 dəfə oxunub

Premyer Liqada 2010/2011-ci il mövsümünün sonuncu -32-ci turunun oyunlarının keçiriləcəyi stadionlar və başlama vaxtları müəyyənləşib. Stadium.az xəbər verir ki, hesabat turunun son qarşılaşmaları da iki gündə baş tutacaq.
 
Belə ki, ilk oyun günündə birinci altılıq komandaları meydana çıxacaqlar. Bu mənada xüsusilə gümüş medal uğrunda mübarizə aparan “Qarabağ”la “Xəzər Lənkəran”ın oyunlarının eyni saata təyin olunması diqqət çəkir. Lakin "Bakı" və "İnter" arasındakı paytaxt derbisi də eyni saatda başlasaydı daha yaxşı olardı. Hər halda bu qarşılaşmada da “İnter” AZAL ilə dördüncü yer uğrunda mübarizə aparmış olacaq.
 
Mövsümə cümə axşamı baş tutacaq ikinci altılığın üç oyunu ilə yekun vurulacaq ki, həmin qarşılaşmaların da hamısı eyni saatda start götürmüş olacaq. Yeri gəlmişkən, Qəbələ şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq “Qəbələ” klubunun PFL-ə ünvanladığı məktubunda “Qəbələ” – “Muğan” matçının “Şəfa” stadionunda keçirilməsinə icazə verilməsi xahiş olunduğu üçün, PFL prezidenti Ramin Musayev bununla bağlı müvafiq əmr imzalayıb. Nəticədə həmin qarşılaşma Bakıda keçiriləcək.
 
Premyer Liqa
32-ci tur
 
18 may (çərşənbə)
 
Bakı - İnter
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00.
 
AZAL - Qarabağ
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 20:00.
 
Neftçi - Xəzər Lənkəran
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.
 
19 may (cümə axşamı)
 
MOİK - Turan
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 16:00.
 
Simurq - Gəncə
Zaqatala şəhər stadionu. Saat 16:00.
 
Qəbələ - Muğan
Bakı. "Şəfa" stadionu. Saat 16:00
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail