AFFA-ya xəbərdarlıqdan Mübariz Mənsimovun xəbəri varmı? - YAZI

17.05.2011 | 6060 dəfə oxunub

Kubokun finalında haqsızlıqla üzləşəcəkləri təqdirdə, AFFA-nı meydanı tərk eləməklə hədələyir "Xəzər Lənkəran"ın fəxri-prezidenti? Mübariz Mənsimovun həqiqətən belə bir xəbərdarlıq edib-etmədiyini bir kənara qoysaq, mətbuatda dolaşan bu xəbər AFFA-ya son illər ünvanlanmış ən sərt ismarıcdı.rnDiplomatik dillə desək, "Palmali"nin şefi İstanbuldan "Qara şəhər"ərnultimatum göndərib. Barmaq silkələyici, «futboldan iyrənmişəm» qoxusu gələn ultimatum.

rnrn

"XL"a qarşı haqsızlıq edilirmi?

rnrn

«Palmali»nin Bakı nümayəndəliyinin rəsmilərindən birinin ötən ilin əvvəlindəki açıqlamasını yada salsaq, çox şey aydın olar. Bildirmişdi ki, Ramin Musayev and içib, neçə ki, PFL-dədi, onlar çempionluq üzü görməyəcək. Olduqca ilginc açıqlama idi və həqiqət payı kifayət qədər idi. "XL"arnqarşı son illər ayrı-seçkilik siyasəti yürüdülür. İstər Premyer Liqada, istərsə də kubokda. Hakimlər "yuxarılar"ın tapşırığı ilə bu komandanın üzərindən asfaltsalanrnmaşınla keçirlər. Çempionatda qarşılarını hakimlərdən ibarət ikirqat canlı «baryer»lə elə kəsdilər ki, «Neftçi»ni son turda da uddurub, aradakı xal fərqini 10-arnçatdırmaq öz «imkanları daxilindədi». Kubokunrn¼-də də «Neftçi»ni AnarSalmanovarntapşırmışdılar, o darnbir hoqqabazlıq elədi, gəl-görəsən. Hər dünya səviyyəli aktyorunrnbacarmayacağı «rol»a girən Anar həqiqi azarkeşləri də təmiz futboldanrniyrəndirdi. Ammarnbunun günahkarı yalnız Musayev deyil. Məlum açıqlamaya idüzəliş vermək istərdim: neçə ki, Azərbaycanrnfutboluna o və yaxın çevrəsi rəhbərlikrnedir, MOİK, "Bakılı" çempionrnola bilər, "Xəzər Lənkəran" yox.rnArada əsən soyuq rüzgarlar buna imkan verməz.

rnrn

Günahkarrnyalnız AFFA-dı?

rnrn

Az öncə qeyd etdiyimiz kimi, "Xəzər Lənkəran"a qarşı haqsızlıq olub, hal-hazırda da davam edir. Amma bu məsələdə günahkar yalnız futbolumuzu idarə edənlər deyil. Cənub təmsilçisinin rəhbərliyinin də günah payı kifayət qədərdi. Sadəcə bir misal çəksək,rnfikrimizcə, hər şey aydın olar. "XL" rəsmiləri durumdan agah olsalar da, kürəklərinə vurulan xəncərin haradan gəldiyini bilsələr də, daim problemi başqa yerdə axtarırlar. Hakimləri önə çəkərək, həmrnictimaiyyətin diqqətini yayındırırlar, həm də boş-boş söz-söhbətlərə səbəb olurlar. Narazılığı ən sərt üsulda dilə gətirmirlər. "Eşşək ferması"ndan sonrakı ən sərt mesaj Mübariz bəyin "Xəzər Lənkəran"ın idarəetmə strukturundan, demək olar ki, 2 ildən artıqdı çəkilməsidi. Komandanın işlərinə qarışmır, qərar vermək hüququndan da imtina edib. "İnter"ə uduzdurulmalarına etirazrnəlaməti olaraq,rn2005-in yayında "stadionurnbağlayıb, eşşək ferması edəcəm" açıqlamasının üzərindən uzun müddət keçib. Ötən illər ərzində Mənsimov faktiki futbolla bağlı heç bir şeyə münasibət bildirməyib, susqunluğunu qoruyub. Bu baxımdan, "Palmali" şefinin iddia olunan son bəyanatı məhşur "eşşək ferması" açıqlamasından sonrakı ən sərt mesajdı. "Xəzər Lənkəran" rəhbərliyinin Mənsimovun həqiqətən o bəyanatı verib-vermədiyinə şərh vermir və dolayısıyla mesajın uydurma olmadığını təsdiqrnedir. Əgər doğurdan bu ismarıcı yollayıbsa, bu o deməkdi ki, Mənsimov artıq Azərbaycan futbolundakı monopoliyaya üsyan edir. Bu o deməkdi ki, Mübariz bəy hətta Azərbaycanı itirməyə özünü hazırlayıb.

rnrn

Qeyri-ciddi gediş

rnrn

Sonda bu məsələ ilə bağlı daha bir mülahizəni diqqətinizə çatdırmaq istərdik. Mübariz bəyin ismarıcı hansısa müsahibə vasitəsi ilə göndərməməsirnolduqca qaranlıq mətləblərdən xəbər verir. Ola bilsin ki, bu haqda nəinki danışıb, heç düşünmür də. Sadəcə, "Xəzər Lənkəran" rəhbərliyi kubokun finalında üzləşə biləcəkləri hər hansı haqsızlığı qabaqlamaq üçün fəxri-prezidentin adı ilə belə bir bəyanat səsləndiriblər və bunun mətbuatda işıqlandırılmasında maraqlıdılar. Axı hər halda Mübariz bəy kimirnAFFA rəhbərliyi də ölkə futbolunu xaosa sürükləyəcək hərəkətlərdən uzaqrndurmağa çalışar.

rnrn

Musa Eldəniz



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail