Əmrah Çəlikəl: "Onar meydana pul üçün yox, "Qarabağ" üçün çıxırlar"

31.07.2013 | 5284 dəfə oxunub

"Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl sabah "Gefle"ylə oyun barədə danışıb. Stadium.az saytına açıqlama verən Əmrah bəy əvvəlcə azarkeşlərdən böyük dəstək gözlədiklərini gizlətməyib: "Nə deyim, mən ümid edirəm və inanıram ki, azarkeşlər bizi stadionda tək qoymayacaqlar. Düzdür, əvvəlki oyunlarda stadion tam dolmamışdı, bunun da müəyyən səbələri var. Həm camaatın işdən çıxıb evə gedən vaxtı oyun başlayır, onlar yorğun olurlar, həm də iftar vaxtına düşür. Məncə bu amilə görə azarkeşlər stadiona az gəlir. Ancaq bu dəfə fərqli olacağına inanıram. Onlar sevimli komandalarını sabah daha yüksək səviyyədə dəstəkləyəcklər. Həm də inanıram ki, bütün futbolsevərlər daha qabağa gedərək birləşəcəklər və "Qarabağ"a dəstək olacaqlar".

Klub rəsmisi konkret olaraq nəticə barədə bir çey deməsə də, sərfəli hesabla qalib gələcəklərinə inanır: "Bilirsiz, "Gefle" səfərdə 3:0 hesabıyla uduzduğu oyundan sonra doğma meydanda "Anartosis"i 4 cavabsız qolla keçibsə, bu, onların necə güclü və xarakterə malik komanda olmasından xəbər verir. Buna baxmayaraq biz sabah sərfəli nəticə qazanacağımıza ümid edirik. İnşAllah bunu bacararıq".

"Qarabağ"ın idman direktoru yeni transferlər barədə də fikrini əməkdaşımızla bölüşüb: "Biz əvvəlcə baş məşqçimizə, sonra da futbolçulara güvənərək onları komandaya cəlb etmişik. Hər birinin göstərdiyi oyundan, əzmkarlıqdan tam razıyam. Bir müddətdən sonra komanda daha da güclü görünəcək. Çünki futbolçuların tam olaraq bir birlərinə uyğunlaşması üçün zaman gərəkdir".

Sonda isə Əmrah Çəlikəl "oyun üçün futbolçulara pul mükafatı təyin edilibmi" sualını cavablandırıb: "Qarabağ"da birlik olmasın hamı bilir, bunu deməyə də ehtiyac yoxdur. Bizim komandada həmişə güclü birlik olub və yenə də eynidir. Onar meydana pul üçün yox, "Qarabağ" üçün çıxırlar. Biz heç vaxt oyundan əvvəl komandaya mükafat vəd etməmişik və məbləğ açıqlamamışıq. Ancaq heç vaxt da komandamızı mükafatsız qoymamışıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail